Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi bitibmi?

Rusiya Ukrayna müharibəsi bitibmi?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Putin Donetsk vilayətinin qalan hissəsini Ukraynadan niyə istəyir?

Daha doğrusu, işğal edə bilmir, deyir ki, qalan hissəni verin, yəni qoşunları çıxardın — bunun müqabilində müharibəni dayandıra bilərəm?! Çalışacam bu yazımda hadisələrin canlı şahidi olaraq sizə hər bir şeyi detallı izah edim.

Ukrayna ərazisində Rusiya işğalı hələ də davam edir. 3 il, 7 aydır ki, qəhrəman və məğrur Ukrayna xalqı bütün çətinliklərə baxmayaraq Rusiya imperializminə qarşı döyüşür. Bu, həqiqətən də bir xalqın qəhrəmanlıq salnaməsidir. 2014-cü ildə Ukrayna ordusunun olmadığı, daxildə xaosun hökm sürdüyü şəraitdə Putin Rusiyası Ukraynanın Donetsk (26,5 min km²) vilayətinin 70%-ni, Luqanskın (26,7 min km²) 90%-ni və Krımın (27 min km²) 100%-ni ilhaq edib. Təsəvvür edin ki, Ukrayna Müdafiə naziri və qərargah rəisi Rusiya vətəndaşı və ya Rusiyaya bağlı idi (Solomatin, Lebedenko və s.).

Bir sözlə, 5-ci kolon Ukraynada “at oynadırdı”. Qeyd edim ki, Donetsk və Luqansk vilayətləri Ukraynada Donbass regionu adlanır. Bu yerdə deyiblər: iştah diş altında olarmış. Belə ki, 2014-cü il işğalından sonra ciddi bir müqavimətlə rastlaşmayan Putin Rusiyası daha sonra 2022-ci ilin fevralında (23-dən 24-ə keçən gecə, yerli vaxtla saat 04:50) Ukraynanı tam işğal etmək niyyəti ilə genişmiqyaslı müharibəyə başladı. Bəli, məqsəd Ukrayna adlı dövləti yer üzündən silmək idi! Ona görə də bu müharibə ukraynalıların azadlıq müharibəsidir. 200 minlik ordu ilə Belarussan (Kyiv istiqaməti — 226 km), Xarkov və Donetsk vilayətlərindən (havadan və yerdən) hücuma keçdi. Qeyd edim ki, Rusiya–Ukrayna sərhədinin uzunluğu 1974 km, Ukrayna–Belarusiya sərhədinin uzunluğu isə 850 km-dir. Ukrayna daxilində müharibənin başlanması aylar öncə bilindiyindən müəyyən hazırlıqlar görülmüşdü. Amma bu yetərli deyildi. Çünki 200 minlik ordunun qarşısında durmaq çox çətin idi. Belə ki, genişmiqyaslı müharibə başlayanda Ukrayna ordusunun silah təchizatı 2–3 aylıq nəzərdə tutulmuşdu. Açıq danışaq, heç o dövrə kimi də bəs etməzdi. Ona görə də ruslar “Blitz-krieg” ilə qısa müddətdə Ukraynanı işğal planını həyata keçirmək istəyirdilər. Hətta martın 2-si Kyivdə (Xreşçatıq) parad da təyin olunmuşdu.

Ukrayna ordusunda nə vardı ki? 60 ədəd Javelin (tank əleyhinə), Türkiyənin verdiyi “Bayraktar” dronları və İngiltərənin verdiyi ağır artilleriya silahları. Məhz, Ukrayna tərəfi müharibənin ilk iki ayını məhdud resurslarla müqavimət göstərdi. Məhz bunun nəticəsi idi ki, Xersonun (28 min km²) yarısı, Zaporojyinin (27 min km²) 60%-i, Xarkovun (31 min km²) 40%-i, Sumi (23 min km²), Çerniqov (31 min km²) və Kyiv (28 min km²) vilayətlərinin müəyyən əraziləri Rusiya işğalı altına düşdü. Təsəvvür edirsiniz nə qədər ərazi işğal altında idi. Müharibənin gedişində dönüş nöqtəsi Kyiv yaxınlığında “Hostomel” aeroportunda baş verdi. Belə ki, Ukrayna elit bölmələri Rusiyanın Ryazan və Puskov desant bölmələrini darmadağın etdilər. Məhz bu faktor rəqibin paytaxta doğru irəliləməsinin qarşısını aldı və xalqda inam yaratdı. İlk öncə Kyiv vilayəti, daha sonra Xarkiv, Sumi və Çerniqov vilayətləri rəqibdən tam təmizləndi. Bütün bu hadisələr 2022-ci ilin mart–aprel aylarında baş verib. Sonra nə oldu? Aprelin 25-i ABŞ-ın dövlət katibi, əslən ukraynalı Antony Blinken və müdafiə naziri Lloyd Austin Kyivə təşrif buyurdular. Bu, artıq Qərb dairələrinə ciddi siqnal idi ki, ukraynalılar döyüşə bilir və “Blitz-krieg” alınmadı. Prezident Zelenski ilə görüşən Blinken və Austin Ukraynaya silah tədarükünün ilkin tranşını elan edərək (Ramstein formatında) müharibənin bu günə kimi davam etməsinə səbəb oldular. Düzdür, silahlar az-az verildi. Sanki Rusiyanın ayağını tam tapdalamaq istəmirdilər. Bunun nəticəsi olaraq 2022-ci il noyabrın 11-i Xersonun yarısı Rusiya işğalından azad edildi.

Əgər həmin dövrdə silah tədarükünün həcmi artsaydı, Ukrayna işğal altında olan ərazilərinin müəyyən hissəsini də azad edə bilərdi. Hal-hazırda Ukraynanın bu əraziləri işğal altındadır:

1. Krımın 100%

2. Luqansk 95%

3. Donetsk 70%

4. Zaporojyi 60%

5. Xerson 50%

Ümumi 108 min km², yəni 18%.

Cədvəldən göründüyü kimi, Ukrayna ərazilərinin böyük hissəsi 2014-cü ildə işğal olunub. İndi Putin 3 il, 7 ayda işğal edə bilmədiyi Donetsk vilayətinin, Ukraynanın nəzarətində olan (Slavyansk, Kramatorsk və Konstantinovka) ərazilərini istəyir. Putin deyir ki (öz aləmində) bu ərazilərdən çıxın, Donetsk vilayətinin işğalını tam sona çatdırım. Əvəzində isə Xerson və Zaporojyinin müəyyən hissəsini Ukraynaya qaytara bilərəm. Elə bil bazardır: sən mənə ver, mən də sənə verərəm. “Cənab” Putin, gülməli deyilmi? Ukraynalılar mübarizə aparmırlar ki, torpağı barter etsinlər. Bu, həm də Ukrayna konstitusiyasının 2, 17 və 133-cü maddələrinə ziddir. Belə ki, yuxarıdakı bəndlərdə qeyd olunur:

Ukrayna əraziləri toxunulmazdır və torpaq (sərhəd dəyişilməsi) məsələləri xalqın ixtiyarındadır. Ən əsası, Ukrayna 24 vilayət, 1 yarımada (Krım) və 2 xüsusi statusa malik (Kyev və Sevastopol) şəhərlərindən ibarətdir. Ukrayna suveren, müstəqil dövlətdir. 1997-ci il Rusiya–Ukrayna “Birgə Bəyannaməsinə” əsasən qarşılıqlı şəkildə ərazilər tanınır. Yəni — Ukraynanın ərazisi 603,4 min km²-dir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri