Icma.az
close
up
RU
İsrail İran müharibəsi: Danışıqlar imkanı mövcuddur?

İsrail İran müharibəsi: Danışıqlar imkanı mövcuddur?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsraillə İran arasında illərdir ki, davam edən düşmənçilik, qarşılıqlı təhdidlər iyunun 13-də özünün pik nöqtəsinə çatdı. Cəmi iki gün sonra, iyunun 15-də Omanın paytaxtı Maskatda İranla ABŞ arasında nüvə dosyesi üzrə danışıqların altıncı raundu keçiriləcəkdi. Amma iyunun 13-də İsrailin İrana hava zərbələri başlatması bu görüşün ləğv edilməsinə səbəb oldu. 

Xatırladaq ki, aprel ayından başlayaraq Tehran və Vaşinqton Omanın vasitəçiliyi ilə dolayı danışıqlar aparır. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edirdilər. Rəsmi Vaşinqton dəfələrlə bəyan edib ki, İranın nüvə obyektlərində uranın zənginləşdirilməsi prosesi tamamilə dayandırılmalıdır. Tehran isə nüvə proqramının dinc məqsədli olduğunu önə çəkirdi.

Qeyd edək ki, ABŞ nüvə sazişindən çıxdıqdan sonra İran uranın zənginləşdirilməsini 60 faizədək sürətləndirərək 2015-ci il sazişində nəzərdə tutulan məhdudiyyətdən imtina edib. Ekspertlərə görə, uranın zənginləşdirmə faizinin 60-a çatdırılması faktiki olaraq nüvə silahı əldə etməyə yaxınlıq göstəricisidir. ABŞ Prezidenti Donald Tramp İsrailin hücumundan əvvəl Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə ona qarşı güc tətbiq etməyə hazır olduğunu bəyan edib.

Hazırda vəziyyət getdikcə daha da gərginləşir, insan itkilərinin, dağıntıların miqyası artmaqdadır. Rəsmi Tehran danışıqlara hazır olduğunu bir neçə dəfə bildirsə də, bu məqsədlə bəzi ölkələrə vasitəçi olmaq üçün müraciət etsə də, hələ ki, hücumların dayandırılmasını, danışıqlara başlanmasını gözləmək mümkün deyil. Bir sıra ölkələrin atəşin dayandırılması barədə çağırışları da cavabsız qalıb, əksinə, eskalasiya artmaqdadır.

İranın nüvə obyektlərinə hücum da narahatlıq doğurur. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bir neçə gün əvvəl deyib ki, kontekstdən və şəraitdən asılı olmayaraq, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir. 

İsrailin Baş naziri Binyamin Netanyahu isə əməliyyatı qabaqlayıcı zərbə adlandıraraq, İsrailin mövcud təhlükəni aradan qaldırdığını söyləyib. O, İranın öz nüvə silahına sahib olmaq ərəfəsində olduğunu bildirib. 

Hücumun ilk bir neçə günündə İranın nüvə proqramının üç əsas obyekti - Natanz, İsfahan və Fordo hücuma məruz qalıb. Fordo İranın ikinci ən böyük və ən güclü nüvə obyektidir. Bu, Tehranın təxminən 60 mil cənub-qərbində yerləşir. Obyekt bir dağın altında yerləşdirilib və zenit-raket batareyaları ilə qorunur.

Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, obyektin tikintisinə ən azı 2007-ci ildə başlanılıb, lakin İran bu barədə BMT-nin nüvə müşahidəçilərinə yalnız 2009-cu ildə, ABŞ və Qərb kəşfiyyatının bu obyektin mövcudluğundan xəbər tutmasından sonra məlumat verib.

Bəzi ekspertlər hesab edir ki, İran silaha yararlı uranın böyük hissəsini dağın dərinliklərində yerləşən kompleksdə toplayıb. İsrail mediası yazır ki, ölkənin hazırkı məqsədi İranın obyektə girişini kəsməkdir. İsrailin bunun üçün silahı yoxdur. Məlumata görə, ancaq ABŞ-ın MOP (Massive Ordnance Penetrators) kimi tanınan 13,5 tondan çox ağırlığında olan bombası buna qadirdir.

MOP Amerikanın idarə olunan antibunker hava bombasıdır. Onu "Bütün Bombaların Anası" da adlandırırlar. ABŞ ondan Əfqanıstanda İŞİD yaraqlılarına qarşı istifadə edib. İndi İranda onun istifadə edə biləcəyi ilə bağlı sual açıq qalır.

Keçmiş ABŞ rəsmisi və Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzində İran üzrə ekspert Riçard Nepheu bununla bağlı deyib: “Məncə, ən çox ehtimal olunan ssenari, Netanyahunun Trampa zəng edərək “Mən bütün digər işləri görmüşəm, Amerikanın B-2 bombardmançıları üçün təhlükəni aradan qaldırmışam, amma nüvə silahı proqramını tamamilə məhv edə bilmərəm” deməsidir”.

Qeyd edək ki, Tramp məsələ ilə bağlı dəyişkən mövqe səgiləyir. O, danışıqlardan da söz açır, eyni zamanda hərbi əməıiyyatların sonadək davam edəcəyini bildirir.  

Bəs bu münaqişə Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan üçün hansı riskləri yaradır, onun arealının genişlənməsi mümkündür, sülh üçün yer qalıb?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli “525”ə bildirib ki, İsrail-İran münaqişəsi təbii ki, yaxın regionlara birbaşa təsir göstərir. O cümlədən ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionuna da təsirləri var: “Burda biz birinci amil olaraq təhlükəsizlik məsələsini vurğulamalıyıq. Təbii ki, baş verənlər həm Azərbaycan, həm də regionun digər ölkələri üçün müəyyən risklər yaradır. Artıq yeddinci gündür ki, iki ölkə arasında şiddətli qarşılıqlı zərbələr həyata keçirilir, təhlükəsizlik nöqteyi-nəzərindən bunun bizə müəyyən riskləri ola bilər. Bizə problem yarada biləcək digər amil kimi demoqrafik amilləri müşahidə edirik ki, xeyli sayda insan İran şəhərlərini tərk etməyə hazırlaşır və bu da əlavə problemlər yarada bilər. Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, biz iki ölkə arasında başlanan münaqişənin qısa müddət ərzində danışıqlar yolu ilə həllinin tərəfdarıyıq və bütövlükdə Azərbaycanın xarici siyasətində önəm verdiyi əsas prioritetlərdən biri həm də yerləşdiyi coğrafiyada, dünyada sülhün və əmin-amanlığın mövcudluğu, formalaşmasıdır. Qeyd etdiyim kimi, biz iki ölkə arasında münaqişənin tezliklə bitməsinin tərəfdarıyıq və hesab edirik ki, hərb yolu problemləri tam olaraq aradan qaldırmaq gücündə deyil. Münaqişənin arealının daha geniş yayılması potensialı var. Ona görə də məsələ danışıqlar yolu ilə tezliklə həllini tapmalıdır”.

Ekspert hesab edir ki, Prezident Trampın, İsrail və İran rəsmilərinin açıqlamalarına diqqət edəndə, onu demək olar ki, hələ də İranla Birləşmiş Ştatlar arasında danışıqlar potensialı tam tükənməyib: “Görünən odur ki, tərəfər hələ də danışqlar yolu ilə problemi həll edə bilərlər. Hesab etmirəm ki, bu vəziyyət uzun müddət davam edəcək. ABŞ İrandan konkret tələb edir ki, nüvə proqramından, uranın zənginləşdirilməsindən, raket proqramından imtina etsin və İran qısa müddət ərzində ABŞ-ın tələbləri ilə bağlı mövqe ortaya qoymalıdır ki, danışıqlar nəhayət nəticə versin.

Düşünürəm ki, az da olsa müəyyən şans var ki, yenidən danışıqlar baş tutsun və problem həllini tapsın”. 

İranda İraq ssenarisinin təkrarlanması barədə fikirlərə gəlincə, M.Məmmədli bildirib ki, İraqla indiki İranın vəziyyəti arasında müəyyən oxşarlıqlar ola bilər: "Amma hesab edirəm ki, fərqlər də var. Birləşmiş Ştatlar İraqa kimyəvi silah adı ilə hərbi müdaxilə etdi. ABŞ və onun müttəfiqləri İraqa qarşı sərt mövqe nümayiş etdirdilər və hətta ABŞ-ın yaratdığı koalisiya və NATO-üzvləri tam olaraq orada iştirak etmədilər. İranla bağlı vəziyyət fərqlidir. Beynəlxalq Arom Enerjisi üzrə Agentlik verdiyi açıqlamada, qəbul etdiyi qətnamədə vurğulanıb ki, İran öhdəliklərini yerinə yetirmir. Təkcə ABŞ deyil, İranın nüvə proqramına nəzarət edən qurum da belə bir qətnamə qəbul edib. İsrail hakimiyyəti o qərara gəlib ki, problemi güc yolu ilə həll etsin. Bu, yeni mövqe deyil. İllərdir ki, Netanyahu hökuməti bəyan edir ki, ancaq zərbələrlə, hərbi təzyiqlə İranı nüvə proqramından çəkindirə bilərik. İndi yaranmış imkanı özləri üçün fürsət hesab edilər və ondan istifadə edirlər”. 

Digər tərəflərin münaqişəyə cəlbi ehtimalına gəlincə, ekspert söyləyib ki, münaqişənin genişlənmə potensialı var, İran ətafında yaranmış vəziyyətlə bağlı dünya siyasətində bir bölünmə, qütbləşmə baş verir: “Qərb, xüsusilə G7 ölkələri İranı sərt tənqid edərək qətnamə qəbul edib. Bir qisim ölkələrin, o cümlədən Çinin, Pakistanın, Rusiyanın İrana siyasi dəstəyini müşahidə edirik, onların münaqişəyə birbaşa daxil olması ehtimalı var, amma bu ehtimalı indi o qədər də böyük hesab etmirəm. Məsələn, Rusiya Ukraynada böyük resurslar itirib, xeyli itkilər verib . Ona görə də İrana ciddi kömək etmək iqtidarında deyil. Çinin beynəlxalq məsələlərə spesifik yanaşması var. Adətən Qərblə, Birləşmiş Ştatlarla birbaşa qarşıdurmadan çəkinir və daha çox onlara qarşı gedən ölkələrə müəyyən siyasi, diplomatik, hərbi dəstək verir. Digər ölkələr haqqında da eyni fikri demək olar. Amma gələcəkdə bu, münaqişənin gedişidən asılı olacaq”. 

Pərvanə SULTANOVA
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see253

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see219

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see219

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see169

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see158

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see154

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri