Icma.az
close
up
RU
İran İsrail: pərdəarxası danışıqlar

İran İsrail: pərdəarxası danışıqlar

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az bildirir ki, mənbələrə istinad edən “The Washington Post (WP)” nəşrinin məlumatına görə, İsrail İrana birinci hücum etməyəcəyi vədini verib.
İran da Rusiya rabitə kanalı vasitəsilə önləyici zərbədən çəkinəcəyini bildirib.
“İran rəsmiləri İsrailin hərəkətlərini alqışlasalar da, ABŞ-yə münasibətdə ehtiyatlı davranıblar. Onların fikrincə, Təl-Əviv səmimi olsa belə, İsrail qüvvələri Livan “Hizbullahı”na hücum edərkən amerikalılar İsraillə koordinasiyada İranı vura bilərlər”, - qəzet yazır.
Netanyahunun Putindən qeyri-adi xahişi Xatırladaq ki, yanvarın əvvəlində İsrailin “Kan” telekanalı diplomatik mənbələrə istinadən xəbər İsrailin baş naziri Binyamin Netanyahunun bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinə zəng etdiyini bildirmişdi. Telekanalın məlumatına görə, Netanyahu telefon danışığında Putinin Tehrana İsrailin İrana hücum etmək niyyətində olmadığı mesajını çatdırmağı xahiş edib.
Bununla belə, “Reuters” agentliyi bildirib ki, Binyamin Netanyahu ABŞ-nin Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Vaşinqtonun İrana mümkün müdaxiləsini müzakirə edib.
Amerika lideri Donald Tramp isə, etirazların güc yolu ilə yatırılacağı təqdirdə ABŞ-nin tədbir görə və hava zərbələri endirə biləcəyini istisna etməyib. Yanvarın 14-də Avropa rəsmisi Amerikanın 24 saat ərzində İrana hücum edə bilməsi ehtimalını vurğulayıb.
Eyni zamanda, yanvarın 14-də axşam saatlarında Donald Tramp İranda nümayişçilərin ölümünün dayandığı və “edam” planlarının olmadığı barədə “etibarlı mənbələrdən” məlumat aldığını açıqlayıb.
İranda ölkənin iqtisadi vəziyyətindən narazılıqdan qaynaqlanan etirazlar dekabrın sonundan bəri davam edir. İran hakimiyyəti internet və mobil telefona çıxışı məhdudlaşdırıb.
İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, yanvarın 12-dək nümayişlərin yatırılması zamanı 133 təhlükəsizlik əməkdaşı da daxil olmaqla 646 nəfər öldürülüb, 10 mindən çox etirazçı isə həbs edilib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri