Icma.az
close
up
RU
İran İsrail münasibətlərində yeni dönüş: Gizli danışıqlar aparılır

İran İsrail münasibətlərində yeni dönüş: Gizli danışıqlar aparılır

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

“İsraillə İranın hərbi eskalasiyası nəticə olaraq tərəflərin yeni dünya nizamındakı münasibətlər sisteminə nisbi pozitivliyə doğru təsir göstərə bilər”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib. 

Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Araqçinin "Foxnews" a müsahibəsindəki ştrixlərə baxanda da Tehranda bu ideya üzərində yanaşmalara dəstək qruplarının olduğunu demək olar:

“İranın rəsmi siyasətini müəyyən edən Seyid Əli Xamenei də daxil olmaqla yüksək vəzifəli İran rəsmiləri dəfələrlə İranın “İsraili məhv etmək məqsədini” vurğulayıblar. Texniki baxımdan Araqçinin açıqlaması geosiyasi boşluqlara düşmüş İranın İsraillə əlavə hərbi toqquşmaya girməkdən yayınmaq üçün seçilmiş diplomatik mətn kimi oxuna bilər. Ancaq ehtimalla səhnənin arxasında İsraillə İranın münasibətlərindəki paradiqmaları dəyişdirmək aktuallıq kəsb edir”.

Siyasi şərhçi qeyd edib ki, İranın ABŞ ilə bərabər, E3 formatında ( Böyük Britaniya, Fransa, Almaniya) paralel danışıqlar aparması geniş miqyasda İsraillə Tehranın əlaqələrinə yeni baxış gətirəcək:

“Bu, İranla İsrail arasındakı mümkün vasitəçilik səylərinin perspektivini də vurğulayan kodları aça bilər. Digər tərəfdən isə Rusiya və Çin də moderatorluq iddialarını davamlı olaraq gündəmdə saxlayacaq. Bu isə İrana bağlı strategiyaların Qərb-Rusiya-Çin qarşıdurmasındakı geosiyasi rəqabətin rəngini dəyişəcək. 
Lakin İran daxilində İsraillə gələcək əlaqələrin necə qurulacağına dair saraydaxili fikir ayrılıqlarının olması ehtimalları da yüksəkdir. Gümanla bu fikir haçalanmaları İranın ali rəhbəri Seyid Əli Xameneinin varislik irsinə də təsirsiz ötüşməyəcək”.


Firuzə Əliyeva
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri