Icma.az
close
up
RU
İsrail İran rejiminə əvvəlki dönəmlərdəki kimi tolerant davranmayacaq, təzyiqləri diqqətə almayacaq

İsrail İran rejiminə əvvəlki dönəmlərdəki kimi tolerant davranmayacaq, təzyiqləri diqqətə almayacaq

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Düşünürəm ki, “OKTOPUS” deyilən İran terror şəbəkəsinin qolu sayılan Yəməndəki “Husi” terror təşkilatının da aradan götürülməsi çox zəruri bir addımdır və bu proses artıq başlayıb. Bu da o deməkdir ki, İsrail dövləti İran rejiminə qarşı əvvəlki kimi artıq tolerans göstərməyəcək və bu istiqamətdə bir sıra dövlətlərin də təzyiqlərinə qulaq asmayacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Siyasi şərhçi qeyd edib ki, “Hizbullah” terror təşkilatı ilə bağlı İsrailin təpkisi və o terror təşkilatının liderlərinin aradan götürülməsi prosesini ləngitmək üçün, bu prosesin qarşısının alınması üçün Fransa kimi dövlətlər narazılıq edir və İsrailə təzyiq göstərirdilər, hətta İsrail dövlətinə qarşı silah embarqosu tətbiq etməyə çalışırdılar: “Bu prosesdə hətta Amerikadakı Co Bayden və “Demokrat” partiyasını və İngiltərəni bu istiqamətdə məcbur edirdilər, onları təzyiq altında qoyurdular ki, İsrailə basqıları artırsınlar: “İsrailin baş naziri Benyamin Netanyahu dedi ki, “bütün təzyiqlərə qarşı duracağıq. İmkan verməyəcəyik ki, bu təzyiqlər bizə mənfi təsir göstərsin. Hətta bizə silah verməsəniz belə, biz öz gücümüzlə terrorun qarşısında duracağıq. İsrail dövlətinə və İsrailin vətəndaşlarına yönəlmiş terror fəaliyyətlərini bu bölgədən yox edəcəyik”… Həqiqətən də Benyamin Netanyahu çox böyük dirəniş sərgilədi”.

Sadiq İsabəyli

Sadiq İsabəyli qeyd edib ki, bütün bu proseslərin normal nəticələnməsi üçün problemin əsas qaynağı olan İran rejimini hərbi fəaliyyətləri, terrora yönəlik fəaliyyətləri, uzun mənzilli raketlərin istehsalına yönəlik fəaliyyətlərin qarşısı alınmalı və onlar məhv edilməlidir, çünki bu rejim yəni fars-molla rejimi diplomatik danışıqlardan sadəcə vaxt qazanmaq üçün istifadə edir.

Siyasi şərhçi əlavə edib ki, əgər bir siyasi rejim müzakirəni nüvə fəaliyyətlərini hərbi istiqamətində genişləndirmək, uzun mənzilli raket istehsalının imkanlarını artırmaq fursətinə çevirirsə və beynəlxalq hüquqa bağlılıq ifadə etmirsə, hər bir dövləti və beynəlxalq hüquq sistemini yanıltmaq istəyirsə, sözsüz ki, bu rejimlə birbaşa danışmaq yersizdir.

Sadiq İsabəyli hesab edir ki, proksi savaşından sonra 2025-ci ildə İran rejimi ilə bağlı birbaşa proseslər ciddi şəkildə başlayacaq.

Siyasi şərhçinin fikrincə, bu da çox önəmli məsələdir: “Regional proseslərin istiqaməti sülhə, iqtisadi əməkdaşlığa yönəlikdirsə böyük, irimiqyaslı və qlobal təsiri olan layihələrin həyata keçirilməsinə yönəlikdirsə o zaman bütün proseslərə təhlükə törədən İran rejiminin əlində olan bütün təhdid imkanları alınmalıdır. İranın nüvə imkanlarını durdurmaq üçün onu məhv etmək lazımdır. Terror fəaliyyətlərini durdurmaq üçün terrorçuları aradan götürmək lazımdır. İran rejimi ilə terrorçular arasında bağları kəsmək lazımdır.

İran rejiminin daxildə öz vətəndaşlarına qarşı basqılarının azaldılması üçün rejimin əlində olan bütün hərbi imkanları sıfırlamaq lazımdır. İranın regional təhdid fəaliyyətləri aradan qaldırılmalıdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri