İsrail mediası: Qəzzada atəşkəs razılaşmasına gedən yol açıldı
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son 24 saat ərzində Qəzza zolağında atəşkəslə bağlı İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlarda mühüm irəliləyiş əldə edilib.
Turkustan.az xəbər verir ki, İsrailin “Kanal 13” televiziyası İsrail və HƏMAS arasında razılaşmanın “artıq yolun açıldığını” bildirib.
Xəbərdə Qətərin paytaxtı Dohada davam edən danışıqlarda xüsusilə israilli məhbusların sərbəst buraxılması ilə bağlı əhəmiyyətli irəliləyişlərin əldə edildiyi ifadə edilərək, danışıqlar qrupuna yaxın bir İsrail rəsmisinin "Artıq razılaşmaya gedən yol açıldı" dediyi qeyd edilib.
Hesabatda İsrailin baş naziri Benyamin Netanyahunun İsrail ordusunun Qəzza zolağından çıxarılması ilə bağlı əlavə çevikliyi təsdiqlədiyi və bu qərarın danışıqlarda irəliləyişə töhfə verdiyi qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















