İsrail müxalifəti: Netanyahu müharibəni uduzdu
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin keçmiş baş naziri və əsas müxalifət partiyası olan “Gələcək Var”ın lideri Yair Lapid ABŞ ilə İran arasında əldə olunan razılaşmanı sərt tənqid edərək, baş nazir Benyamin Netanyahunu uğursuzluqda ittiham edib.
Turkustan.az xəbər verir ki, partiyasının həftəlik parlament qrupunun iclasından əvvəl Təl-Əvivdə jurnalistlərə açıqlama verən Lapid Vaşinqton və Tehran arasında əldə edilən anlaşmanın İsrail hökumətinin diplomatik məğlubiyyətini ortaya qoyduğunu bildirib.
“Netanyahu bu mübarizəni uduzub. İran məsələsində yaşananlar onun ən böyük diplomatik uğursuzluqlarından biridir. Artıq Netanyahunun bu prosesin öhdəsindən gələ bilmədiyini qəbul etməyin vaxtıdır”, – deyə Lapid vurğulayıb.
Müxalifət lideri həmçinin ABŞ Prezidenti Donald Trampın Netanyahuya münasibətinə diqqət çəkərək, Vaşinqtonun son qərarlarının İsrail hökumətinin prosesə təsir imkanlarının məhdud olduğunu göstərdiyini qeyd edib.
Lapidin sözlərinə görə, ABŞ ilə İran arasında əldə olunan razılaşma Netanyahu hökumətinin İran siyasətinin effektivliyi ilə bağlı ciddi suallar yaradıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 İyun 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















