İsrail ordusu “Anadolu”nun operatorunu qətlə yetirdi AzPolitika onlayn siyasiictimai qəzet
İşğalçı İsrail ordusu Türkiyənin "Anadolu" xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında xaincəsinə qətlə yetirib.
"Anadolu" agentliyinin verdiyi məlumata görə, işğalçılar qətli fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində törədib.
Belə ki, Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.
Agentlik bildirib ki, soyqrımçı İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.
"Anadolu"nun yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə işğalçılar tərəfindən vurulduğu, qəfil hərəkətsiz yerə yıxıldığı görünür.
"AzPolitika.info"
Baxış sayı:30
Mənbə:https://azpolitika.info