Icma.az
close
up
RU
İsrail ordusu türk xəstəxanasına hücum etdi və həkimləri həbs etdi...FOTOLAR+VİDEO

İsrail ordusu türk xəstəxanasına hücum etdi və həkimləri həbs etdi...FOTOLAR+VİDEO

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Xəstələrə deyiblər ki, hərəkətsiz qalsınlar, əks halda onları güllələyib öldürəcəklər..."

İsrail ordusu çərşənbə axşamı günorta saatlarında işğal altındakı İordan çayının şimalındakı Tubas şəhərindəki Türkiyə hökumət xəstəxanasına basqın edərək xəstəxana müdiri də daxil olmaqla, çoxlu sayda həkimi həbs edib.

Moderator.az bu haqda "Əl-Cəzirə" və  "Middle East Eye" nəşrlərinə və "Anadolu" agentliyinə istinadla məlumat yayıb.

Hücum İsrail döyüş təyyarələrinin iki fələstinlini: Kərəm Əbu Arra və Məhəmməd Qannamı öldürməsindən , üçüncünün isə yaralanmasından, onların avtomobilinin şəhərin şimalında, Əqabə şəhəri yaxınlığında hədəfə alınmasından sonra baş verib.

Ətrafdakılar və təcili yardım maşınları mərhumun cəsədlərini avtomobilin içindən çıxararaq yaralı ilə birlikdə Türkiyənin bölgədə qurduğu xəstəxanaya çatdıra biliblər. Lakin İsrail ordusu daha sonra cəsədləri müsadirə etmək və yaralıları həbs etmək üçün oraya hücum edib.

Xəstəxananın təcili yardım şöbəsinin müdiri Dr. Mahmud Qannam "Middle East Eye"-a bildirib ki, o, yaralını qəbul edib onu müalicə etməyə başlayıb, lakin İsrail ordusunun xəstəxanaya hücumu zamanı yaxınlıqda və içərisində olan ictimaiyyət hər kəs şoka düşüb. Onun sözlərinə görə, təcili yardım şöbəsinin şüşələrini sındıran və oraya "barbarcasına" basqın edən əsgərlərin güclü atəşi nəticəsində Qannam şöbəni tərk edə bilməyib.

"Anadolu" agentliyinin ingilis versiyası isə belə yazır:

"Bir saat davam edən bu reyd zamanı 5 tibb işçisi saxlanılıb, bir nəfər yaralanıb. Hadisə yerində olan tibb işçiləri silahla hədələnib və aqressiv sorğu-sual edilib. Xəstələrə deyiblər ki, hərəkətsiz qalsınlar, əks halda onları güllələyib öldürəcəklər", - bunu Sərhədsiz Həkimlər("MSF") qurumunun bölgədə fəlaiyyət göstərən üzvlərindən biri bildirib.

"MSF"-nin Fələstin üzrə missiya rəhbərinin müavini Karine Robert, "Bu zorakı müdaxilə qəbuledilməz və şokedicidir", deyib.

Bunun son aylarda İordan çayının qərb sahilində səhiyyəyə edilən çoxsaylı hücumlardan biri olduğunu qeyd edən tibb təşkilatı tibb müəssisələrinin, işçilərin və xəstələrin qorunmasına və hörmət edilməsinə çağırıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Fələstinin "HƏMAS" qruplaşmasının sərhədyanı bölgəyə hücumundan sonra əksəriyyəti qadın və uşaqlar olmaqla 44530-dan çox insanın ölümünə səbəb olan Qəzza zolağında İsrailin vəhşicəsinə müharibəsi səbəbilə İordan çayının qərb sahilində də gərginlik yüksəlib.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu müddətdə İsrail ordusu tərəfindən işğal olunmuş bu ərazilərdə ən azı 804 fələstinli ölüb, 6450-dən çox fələstinli yaralanıb.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2024 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri