İsrail özəl sektorun Qəzzaya məhsullar gətirməsinə icazə verəcək
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail özəl sektor vasitəsilə Qəzza zolağına müxtəlif məhsulların daxil olmasına icazə verəcək.
APA “The Times of Israel”ə istinadən xəbər verir ki, burada məqsəd Qəzza zolağına humanitar yardımın artırılması, həmçinin yardımların təmin olunmasında BMT və digər beynəlxalq təşkilatlardan asılılığın azaldılmasıdır.
Bildirilir ki, məhdud sayda biznesmenlərin təhlükəsizlik yoxlanılmasından keçərək müəyyən qaydalara əməl etməklə Qəzza zolağına daxil olmasına icazə veriləcək.
Bölgəyə daxil edilməsinə razılıq verilən məhsullara qida məhsulları, meyvə-tərəvəz, uşaq qidası, gigiyena vasitələri daxildir.
Ödəniş metodu isə yalnız bank hesabları vasitəsilə həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:İsrail Qəzzaya mal idxalına icazə verəcək
05 Avqust 2025 11:19
İsrail Qəzzaya ərzaq maddələrinin girişinə icazə verəcək
19 May 2025 01:07
İsrail Ordusu Qəzzaya yenidən çadırların daşınmasına icazə verəcək
17 Avqust 2025 09:18
İsrail Qəzzaya yardıma icazə verdi
19 May 2025 13:01
KİV: İsrail Ərəb ölkələrinə Qəzzaya yardımların bərpasına icazə verəcək
25 İyul 2025 15:50
Baxış sayı:54
Bu xəbər 05 Avqust 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















