Icma.az
close
up
RU
İsrail Prezidenti niyə Azərbaycana gəlmədi? Şok səbəb: Türkiyə hava məkanından icazə verməyib

İsrail Prezidenti niyə Azərbaycana gəlmədi? Şok səbəb: Türkiyə hava məkanından icazə verməyib

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

İsrail Prezidenti İsaak Hersoqun Azərbaycana gəlməməsinin əsl səbəbi məlum olub.

Gununsesi.info xəbər verir ki, bəzi xarici medianın qeyd etdiyi kimi, bu, heç də təhlükəsizlik məsələsi deyil.

Heç şişirtmədən demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan Prezident İsaak Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmilərinin Azərbaycana gəlməsi də təsdiq edir. Hətta ölkənin Baş naziri Benyamin Netanyahu da 2016-cı ildə Azərbaycana birgünlük səfərə gəlmişdi.

Hazırda Bakıda baş tutan COP29 ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin ölkəyə gəlməsi kontekstində də ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Caliber.az-ın məlumatına görə, İsaak Hersoqun Azərbaycana gəlməməsinin səbəbi tamam başqa müstəvidədir.

Belə ki, buna səbəb Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoymasıdır.

Dünyanın ən böyük tədbiri olan COP-un məhz Azərbaycana həvalə edilməsi Türkiyədə də böyük məmnunluqla qarşılanmışdı və Azərbaycan qardaş ölkənin bu tədbirin iştirakçılarının ölkəmizə səfərinə hər hansı maneə yarada biləcəyini zənn etmirdi.

Bu baxımdan, İsrail Prezidentinin təyyarəsinə hava məkanının verilməməsi Bakıda təəccüblə qarşılanıb. Ən azından ona görə ki, BMT-nin bu səviyyəli tədbirləri bütün ölkələr üçün açıq olur. Məsələn, BMT Baş Assambleyasının sessiyaları zamanı ABŞ hətta İran, Venesuela kimi ölkələrin liderlərinin də ABŞ-yə səfəri və tədbirdə iştirakına bütün şəraiti yaradır, halbuki bu ölkələrə qarşı ən sərt sanksiyalar tətbiq edib. Azərbaycanın 30 il ərazilərini işğal altında saxlayan və hələ də sülh sazişini imzalamaqdan yayınan Ermənistanı tədbirə dəvət etməsi də bu təcrübə və ənənədən irəli gəlirdi. Odur ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iştirakçıları üçün digər dövlət, xüsusilə qardaş Türkiyə tərəfindən maneə yaradılması Bakıda təəssüf doğurub.

Digər məlumata görə, İsrail tərəfi problemin həlli üçün Azərbaycana müraciət edib, hətta, Prezident Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng də edib. Amma Azərbaycan tərəfinin məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmə və müzakirələri nəticə verməyib. 

Baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən də təəccüb və təəssüf hissi ilə qarşılanmaya bilməz. Son vaxtlar Türkiyənin Ermənistanla gizli görüşlərinin intensivliyinin artması, indi də Azərbaycanın ən yüksək səviyyəyə təşkil etdiyi COP29-da İsrail Prezidentinin iştirakına imkan verilməməsi suallar yaradır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see291

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see213

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see206

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see135

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see134

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see133

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see131

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see127

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see125

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see125

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri