İsrail prezidentinin Bakıya niyə gəlmədiyi təsdiqləndi
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə İsrail prezidenti Hersoqun Türkiyə hava məkanından istifadə tələbini rədd etdiyini təsdiqləyib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail mətbuatında prezident Hersoqun Azərbaycana səfərini "təhlükəsizliklə bağlı narahatlıqlar" səbəbilə ləğv etməsi xəbərindən sonra Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadə tələbinin rədd edildiyi məlumatı yüksəkvəzifəli rəsmi şəxslərə istinadən təsdiqlənib.
İsrail Prezidenti COP29-a niyə gəlmədi?
Qeyd edək ki, Anadolu Agentliyinin Türkiyə rəsmilərinə əsaslanaraq verdiyi məlumata görə, İsrail qurumları Bakıda keçirilən COP29 iqlim sammitində iştirakı planlaşdırılan Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadəsi ilə bağlı ölkəyə müraciət edib. İsrailin bu müraciəti Türkiyə tərəfindən rədd edilib.
Nərmin Mahmudova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 18 Noyabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















