Icma.az
close
up
RU
İsrail: Qayıdan qalıqlar girovlara aid deyil Rafah keçidi yenidən açılır

İsrail: Qayıdan qalıqlar girovlara aid deyil Rafah keçidi yenidən açılır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İsrail bildirib ki, Qəzzadan qaytarılan qismən insan qalıqları hələ də axtarılan iki girova aid deyil.

Bizimyol.info xəbər verir ki, bu, Tel-Əvivlə HƏMAS arasında atəşkəs mexanizmini ləngidən əsas məsələlərdən biri kimi qalır. Bununla yanaşı, İsrail Qəzzanı tərk etmək istəyən fələstinlilər üçün Rafah keçidinin yaxın günlərdə açılacağını açıqlayıb.

Hələ də Qəzzada olduğu güman edilən iki nəfər – israilli Ran Qvili və tailandlı Sudtisak Rintalakin cəsədləri tapılmayıb. İsrail hökumətindən bildirilib ki, çərşənbə axşamı təqdim edilən qalıqlar onlara uyğun gəlmir.

“İslami Cihad” qruplaşması qalıqların tapılması üçün Qəzzanın şimalında yeni axtarışlara başladığını açıqlayıb. Axtarışlara Qırmızı Xaç nümayəndələri də qatılıb.

Atəşkəs çərçivəsində indiyə kimi 20 girov sağ, daha 26 nəfərin cəsədi İsrailə təhvil verilib. Tel-Əviv cavab olaraq hər bir israilli girovun qalıqlarına görə 15 fələstinlinin cəsədini qaytarıb. Qəzza Səhiyyə Nazirliyi ümumilikdə 330 cəsədin təhvil alındığını bildirir, amma çoxunun kimliyi hələ də müəyyən edilə bilməyib.

İsrail və HƏMAS bir-birini atəşkəsi pozmaqda günahlandırmağa davam edir. Qəzzada hücumların intensivliyi azalsa da, ölüm halları hələ də qeydə alınır.

İsrailin "COGAT" qurumu bildirib ki, Rafah keçidi Misirlə razılaşdırılmış şəkildə, Avropa İttifaqının nəzarəti altında yenidən fəaliyyətə başlayacaq. Qəzzanı tərk etmək istəyənlər üçün İsrailin təhlükəsizlik təsdiqi tələb olunacaq.

Qeyd edək ki, Rafah keçidi 2024-cü ilin mayında bağlanib, yalnız bir dəfə – fevral ayında ağır yaralıların təxliyəsi üçün açılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 16 500-dən çox xəstə və yaralı təcili şəkildə bölgədən çıxarılmağa ehtiyac duyur.

İsrail Baş naziri Benyamin Netanyahu Livan rəsmiləri ilə danışıqlar aparmaq üçün xüsusi nümayəndə təyin edib. Bu addım İsrailin Livanla münasibətlərdə ilk dəfə olaraq rəsmi dialoqa cəhd etməsi kimi qiymətləndirilir.

7 oktyabr hücumu ilə başlayan müharibədə: İsraildə 1 200-dən çox adam həlak olub, 251 girov götürülüb; Qəzzada isə Səhiyyə Nazirliyinin məlumatına görə 70 100-dən çox insan öldürülüb, onların yarısı qadın və uşaqlardır. Nazirliyin məlumatları beynəlxalq təşkilatlar tərəfindən ümumilikdə etibarlı hesab olunur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri