Icma.az
close
up
RU
Azərbaycandan qayıdan təyyarəni İsrail vurub? KONKRET

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek sensasion iddia səsləndirib. O, ötən ilin noyabrında Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin İsrail tərəfindən vurulduğunu bildirib.

Perinçek 20 türk zabitinin şəhid olduğu qəza ilə bağlı hesabatın gizlədildiyini iddia edərək, açıqlanmasını tələb edib. Bəzi məlumatlara görə, siyasətçi bu bəyanatı yaxın münasibətləri olduğu müəyyən dairələrin tapşırığı ilə səsləndirib. Məqsəd isə Bakı və Ankara əməkdaşlığını hədəf almaqdır.

KONKRET.az xəbər verir ki, deputat Hikmət Babaoğlu Globalinfo.az-a açıqlamasında Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı birgə komissiyanın təyyarənin qəzaya uğramasının səbəblərini öyrəndiyini bildirib:

“Lazımı məlumatlar və qəzanın obyektiv səbəbləri ictimaiyyətə açıqlanıb. Ancaq Perinçekin bir neçə ay sonra təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etməsi və faciəli hadisəni yenidən informasiya dövriyyəsinə gətirməsi müəyyən suallar doğurur.

Ümumiyyətlə, bu iddia kimə lazımdır və niyə indi bu qəza ətrafında yeni informasiya dumanı yaradaraq ictimai rəyə şübhəli fikirlərin ötürülməsi istənilir – bu aydın görünür. Hazırda Yaxın Şərqdə müharibə gedir, tərəflərdən biri İran, digəri ABŞ və İsraildir. Müharibənin daha geniş coğrafiyaya yayılması bəzi mərkəzlərin maraqlarına uyğundur. Şərqi Avropada uzun müddətdir müharibə aparan Rusiya da bu vəziyyətin davam etməsini öz maraqlarına uyğun görür.

Belə olan halda, təyyarə qəzasının xüsusi hadisə kimi, İsrailin etdiyi bir cinayət olaraq təqdim edilməsi Ankara-Təl-Əviv münasibətlərini daha da gərginləşdirmək və Türkiyəni müharibənin bir parçası kimi göstərmək cəhdidir. Bu, həmçinin Şərqi Avropada müharibə aparmaq istəyən, çıxış yolu tapa bilməyən Rusiyanın maraqlarına xidmət edir. Türkiyəli bir siyasətçinin belə iddia ilə çıxış etməsinin məqsədi aydındır. Bu iddia ilə kimlərin maraqlarına xidmət ediləcəyi də bəllidir.

Türkiyə cəmiyyəti kifayət qədər savadlıdır və belə informasiyanın niyə məhz indi dövriyyəyə buraxıldığını yaxşı anlayır. Bu cür informasiya manipulyasiyası uğur qazanmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Aprel 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri