Icma.az
close
up
RU
İsrail qonşusu olan Livanın da ələ keçirilməsi prosesinə start verəcək ŞƏRH

İsrail qonşusu olan Livanın da ələ keçirilməsi prosesinə start verəcək ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin xarici işlər naziri Gideon Saar Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib. 

Redaktor.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirdi ki, İsrail açıq şəkildə Fələstin dövlətinin yaradılmasını rədd edir və həm hərəkətləri, həm də açıqlamaları məhz bu yöndədir.

"Qəzza bölgəsində həyata keçirilən əməliyyat da HƏMAS-ın məhv edilməsindən daha çox, Fələstin dövlətçiliyinin ortadan qaldırılmasına yönəlib. Fələstin dövlətinin yaradılması İsrailin hazırkı siyasətinə ciddi şəkildə mane olur. Çünki İsrail İordan çayının sahillərində və Qüdsün şərq hissəsində kütləvi şəkildə yəhudi yaşayış məskənləri salır. Əgər Fələstin dövləti qurularsa, BMT qərarı əsasında bu torpaqlar həmin dövlətə düşəcək. Fələstin də öz torpaqlarını İsraildən geri tələb edəcək. İsrailin həmin torpaqları qaytarması isə yəhudi yaşayış məskənlərinin sökülməsi deməkdir ki, bu da mümkün deyil. Yəni İsrail bunu istəmir və həmin əraziləri özünə birləşdirmək niyyətindədir".

Onun sözlərinə görə, prosesə Amerika Birləşmiş Ştatları da açıq şəkildə dəstək verir.

"Məlum olduğu kimi, Donald Tramp prezidentliyi dövründə Qüds şəhərini İsrailin vahid və bölünməz paytaxtı kimi tanımış, hətta ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə əmr vermişdi. Hazırda da Tramp administrasiyası faktiki olaraq İordan çayının sahilini İsrailin ərazisi kimi tanıyır və paralel şəkildə İsrailin Qəzza bölgəsində həyata keçirdiyi siyasəti dəstəkləyir. Qəzza bölgəsində İsrail insanların oradan köçməsi üçün hər vasitəyə əl atır. Kütləvi bombardman siyasəti aparır, insanları qaçqın vəziyyətinə salmağa çalışır. Əsas məqsəd isə Qəzza bölgəsini ələ keçirərək dağıtmaq, sonra isə burada yeni yəhudi yaşayış məskənləri salmaq və Qəzzanı İsrailə birləşdirməkdir".

Politoloq qeyd etdi ki, faktiki olaraq İsrail hazırda Fələstin dövləti üçün ayrılmış ərazilərin işğalı prosesini bütün dünyanın gözü qarşısında həyata keçirir.

"İsrailin xarici işlər naziri Gideon Saar və digər rəsmilər də açıq şəkildə bəyan ediblər ki, Fələstin dövlətinin yaradılmasına imkan verilməyəcək. Əgər beynəlxalq ictimaiyyət buna müdaxilə etməsə, Fələstin dövlətçiliyi anlayışı ümumiyyətlə silinəcək. Belə bir dövlət mövcud olmayacaq. Çünki İsrail Fələstin üçün ayrılmış bütün torpaqları ələ keçirərək öz ərazisinə qatır. Hətta mən deyərdim ki, yaxın gələcəkdə İsrail qonşusu olan zəif dövlət Livanın da ələ keçirilməsi prosesinə start verəcək". - deyə Z.Əmrəliyev vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Avqust 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri