İsrail qoşunu bu şəhərdən çıxdı, Livan ordusu girdi
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşmasına uyğun olaraq İsrail qoşunlarının ölkədən çıxarılmasından sonra Livan Silahlı Qüvvələri ölkənin cənubunda yerləşən Hiyam şəhərində əməliyyata başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Nahar” qəzetinə Livan ordusunun komandanlığındakı mənbə bildirib.
“Mexanikləşdirilmiş bölmələr çərşənbə günü İsrailin tərk etdiyi Hiyam şəhərinə daxil olub. Əməliyyat BMT-nin Livandakı Müvəqqəti Qüvvələri ilə koordinasiya əsasında həyata keçirilir”, - deyə bildirilib.

İsrail qoşunu bu şəhərdən çıxdı, Livan ordusu girdi
12 Dekabr 2024 19:32

