Icma.az
close
up
RU
Zəfərə doğru! TƏHLİL

Zəfərə doğru! TƏHLİL

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev: "Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın dayanması, öz məğlubiyyətini, bizim isə qələbəmizi qəbul etməsi, əraziləri boşaltmasıdır"

44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olundu. Hər dəfə qələbə sevincini bizlərə yaşadan Ali Baş Komandanın xalqa müraciətləri zamanı işğaldan azad olunan şəhər, kənd, qəsəbələrin xəbərini bizə çatdırması qələbəmizin lap yaxında olmasından xəbər verirdi. Altı il bundan əvvəl, 30 oktyabrda "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" – deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında bildirmişdir. Bu və ya digər ərazilərin işğaldan azad olunması Azərbaycanın güclü və qüdrətli bir ölkə olduğunu təqdim edirdi. Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini erməni təcavüzkarlarından azad edərək, qələbə tariximizi yazırdı. Hər gün qələbə, hər gün azad olunan ərazilər. 44 günlük müharibə bizim daş yaddaşımıza əbədi olaraq köçdü. Bu tarixi günləri həyəcansız, sevinclə yaşamamaq mümkün deyildi. Bu sevinci bizlərə nəsib edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və güclü və şanlı Müzəffər Ordumuz idi. İki il bundan əvvəl ilin bu günündə müharibənin bitməsinə sayılı günlər qalmışdı. Bir neçə gündən sonra artıq Qələbə xəbərini eşidəcəydik. Qələbəmiz bir addımlıqda idi. 30 ilə yaxın gözlədiyimiz tarixi Zəfər sevincimizin lap astanasında idik. Cənab Prezident böyük xalqımıza bu Qələbə xəbərini verəcəkdi. Hər gün şəhidlər verirdik. Vətənin mərd, igid övladları Vətən, deyib düşmən üzərinə hücum edirdilər. Xocalı qisası alınırdı, 30 il torpaq nisgili ilə yaşayan insanların qisası alınırdı, mübarizlərin, poladların qısası alınırdı, bir ovuc torpaq nisgili ilə dünyasını dəyişən insanların qisası alınırdı. Qisas qiyamətə qalmadı. Qisas almaq və torpaqların hər qarışı uğrunda mübarizəyə qalxan övladlarımız ölümün gözünə dik baxdılar. Hələ uşaqlıqdan torpaqlarımızdan erməniləri qovmağa və onlara dərs verməyə hazır yetişmişdilər. Gerçəkliyə çevrilən bu günü sanki hər gün xəyallarında qurmuşdurlar. Bir yumruq olaraq birləşməyi bacardıq. Xalqın əzəməti, böyüklüyü bir daha göründü.

AZƏRBAYCAN XALQI ƏRAZİ BÜTÖVLÜYÜNÜ SÜLH YOLU İLƏ TƏMİN ETMƏK ÜÇÜN UZUN İLLƏR HƏRBİ YOLA ƏL ATMADI

Dövlət başçısına ünvanlanan məktublarda da qələbə əzmi, dövlət başçısna minnətdarlıq özünü açıq-aydın göstərirdi. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanın Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı uğurlu haqq savaşı milyonlarla insanı sevindirirdi. Erməni vandalları tarixən xalqımıza qənim kəsilmiş və həmişə Azərbaycan torpaqlarına göz dikmişlər. Cənab Prezident rəhbərliyi ilə Azərbaycan Ordusu tariximizdə yeni zəfər səhifəsi açaraq ərazi bütövlüyünün təmin olunması və Qarabağın işğaldan azad edilməsi tarixini yazırdı. Məktublardan birində belə yazılırdı: "Başladığınız haqq davası ilə dünyaya bir daha sübut etdiniz ki, Azərbaycan xalqı sülhsevər olduğuna görə ərazi bütövlüyünü sülh yolu ilə təmin etmək üçün uzun illərdir hərbi yola əl atmamış, səbir etmişdir. Ermənistan hakimiyyətinin və şovinist ermənilərin pis xislətləri bu savaşda da özünü göstərir. Belə ki, bizim ordumuz öz torpaqlarımızda erməni hərbçiləri ilə döyüş apardıqları halda, onlar yaşayış məntəqələrinə atəş açaraq günahsız və dinc əhaliyə, yaşlı və körpə insanlara qarşı müharibə cinayəti törədirlər. Onların bu əməlləri sübut edir ki, müzəffər Ordumuzun qarşısında tab gətirə bilmədiklərinə görə dinc əhalidən qisas alırlar. Müzəffər Ali Baş Komandan, məlumdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün əlinizdən gələni əsirgəmirsiniz. Buna görə də şanlı Ordumuz bu gün ön cəbhədə mühüm uğurlar qazanır. Xalqımız inanır ki, Sizin siyasətiniz və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın ərazisi bütövləşəcək, işğal olunmuş ərazilər azad ediləcək və ölkəmizin rifahı yüksələcəkdir. Bu yolda biz də Sizin yanınızdayıq. Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük. Həyatınızı dövlətimizə və xalqımıza həsr etdiyinizə görə Sizə minnətdarıq. Qarabağ Azərbaycandır!".

"BU, BİZİMLƏ ERMƏNİSTAN ARASINDA OLAN DÖYÜŞDÜR VƏ HƏR KƏS ONDAN UZAQDA DURMALIDIR"

"Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın dayanması, öz məğlubiyyətini, bizim isə qələbəmizi qəbul etməsi, əraziləri boşaltmasıdır". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 oktyabr 2020-ci il tarixində özünün "Twitter" hesabında yazırdı. Dövlətimizin başçısı digər paylaşımında isə bildirirdi: "Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik və bunu görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır". Qızğın döyüşlər davam edirdi. Hələ neçə-neçə Vətən övladı can fəda edəcəkdir. Şəhadətə qovuşacaqdı, Şəhidlik zirvəsinə yüksələcəkdir. Vətəni vətən edən, torpağı torpaq edən üzərində tökülən qandır. Bu gün ən yüksək zirvədə duran şəhidlərimiz ölümsüzlüyə qovuşublar, adları gələn yerdə vüqarlı bir xalq olduğumuzla qürurlanırıq. Azərbaycan tarixinə silinməz tarixi həkk edən şəhidlərimiz. Bu gün onların Vətən uğrunda savaşının nəticəsidir ki, torpaqlarımız azad nəfəs alır. Ali Baş Komandanın gücü və qətiyyətli iradəsi, siyasəti nəticəsində Azərbaycan Ordusu müharibədə QALİB oldu. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi". Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dəmir yumruğun gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlib. Xarı bülbülümüz nigaran baxışlarını yollardan çəkilib, hər gəlib-gedən əzəli sakinlərinə "Xoş gəldin", - deyir. Təbiət də oyanıb. Bu oyanış böyük bir müjdəyə susuz idi. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mücadiləsi milyonlarla insanlara QƏLƏBƏ sevincini yaşatdı. Gözün aydın, AZƏRBAYCAN! - deyirik bir daha. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğrunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Zəfər günümüzü yaşadıq. Vətən oğulları hər qarış torpağın müdafiəsində dayandılar və Şəhid də oldular, qazi də. Azərbaycan tarixi ədaləti bərpa etdi. Şərəfli yol seçərək, şəhidlik zirvəsinə yüksələn oğullar Vətən savaşında şücaət göstərərək, düşmənə dönməzliyini sübut edərək vətən qarşısında öz borclarını vermiş oldular. Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Onların hər biri ilə qürurlanır, onlara borcluyuq. Vətənimizin ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli vəzifəsini yerinə yetirən vətən oğulları dövlətimiz tərəfindən bir sıra medal və ordenlərə layiq görüldülər.

Çox keçmədi ki, xalqımızın igidlik göstərmiş övladları, gəncləri dövlət başçısının Sərəncamı ilə yüksək adlara layiq görüldülər. Bu onlara qarşı bir ehtiramdır, sevgidir. Azərbaycanda Vətən Müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edildi. "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları və s. Vətən müharibəsində torpaqlarımızın düşməndən azad olunmasında qəhrəmanlıq, şücaət göstərən şəxslər təltif olundular. Bundan başqa, döyüşdə qəhrəmanlıq, şücaət göstərən vətən oğullarına "Vətən Müharibəsi Qəhrəmanı" adı da verildi. Bütün bunlar dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına diqqətinin, qayğısının təzahürüdür.

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri