Icma.az
close
up
RU
İsrail Türkiyə müharibəsi: Savaş ssenarisi kimlərin qazanını doldurur?

İsrail Türkiyə müharibəsi: Savaş ssenarisi kimlərin qazanını doldurur?

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Türkiyə ilə İsrail arasında gərgin münasibətlərin mövcudluğu fonunda bir sıra ekspertlər bu iki dövlət arasında hərbi toqquşmanın baş verə biləcəyini də istisna etmirlər.

Yunanıstan mətbuatında Türkiyə ilə İsrail arasında mümkün qarşıdurmanın necə inkişaf edə biləcəyinə dair ssenari yayımlanıb. “Bakupost” xəbər verir ki, “Militaire” nəşrinin dərc etdiyi təhlilə əsasən, baş verə biləcək kiçik bir hərbi insident genişmiqyaslı böhrana rəvac verə bilər.

Təhlilə görə, tərəflərin toqquşa biləcəyi ehtimal olunan əsas nöqtə Suriyadır. Hansı ki, Türkiyə burada hərbi mövcudluğunu davam etdirir. İsrail də öz növbəsində bundan narahat olduğunu gizlətmir.

Bu əsasda da, qeyd olunub ki, tərəflərin hərbi qüvvələrinin eyni ərazidə fəaliyyət göstərməsi müharibə qərarı olmadan da birbaşa toqquşma riskini artırır.

Türkiyə ilə İsrail arasında toqquşma ehtimalı nə dərəcədə realdır? Yoxsa bu sadəcə kimlərinsə xal qazanmalarına hesablanmış açıqlamalardır?

Siyasi şərhçi Rufiz Hafizoğlu “Bakupost”a bildirib ki, Türkiyə ilə İsrailin açıq qarşıdurmaya getmələrinə heç bir halda imkan verilməyəcək:

“Çünki bu İsrail üçün ciddi fəsadlara yol açacaq. “Düşmənimin düşməni, mənim dostundur” prinsipi var. Türkiyə Yaxın Şərqdə sözün əsl mənasında ciddi nüfuz və sözə sahibdir. Müharibə başlasa, Türkiyənin Suriya və Livandan İsrailə qarşı cəbhə açmayacağını heç kim istisna edə bilməz. İsrail bunu başa düşür, amma onu etiraf etmək istəmirlər. Çünki bu hazırkı İsrail hökumətinin sonu demək olacaq”.

Müsahibimizin sözlərinə görə, müharibə ehtimalını gündəmə gətirən daha çox İsrail mətbuatıdır:

“Hazırda Türkiyə ilə İsrail arasında müharibə, onun nəticəsində İsrailin yer üzündən silinməsi və yaxud Türkiyədə hakimiyyət dəyişikliyi səpkisində fikirlər müzakirə olunur. Belə bir müharibə baş verərsə, onlar arasında ilkin döyüş meydanı şübhəsiz ki, Suriya olacaq. Lakin bu meydan yalnız Suriya ilə məhdudlaşmayacaq. Maraqlar hər şeyin fövqündədir. Kimliyindən asılı olmayaraq, bütün ölkələr üçün hər şeyin fövqündə dövlət və milli maraqlar dayanır.

Bu cür ehtimallar, belə versiyalar daha çox İsrail mətbuatında yer alır. Özü də hazırkı dövrdə”.

Ekspertin fikrincə, həmin iddiaların geniş yayılması ilk növbədə seçkiqabağı dövrdə xal qazanmaq istəyən hazırki baş nazir Benyamin Netanyahunun maraqlarına cavab verir:

“Dolayısı ilə döyüş ehtimalı məsələsi ilk növbədə İsrailin maraqlarına xidmət edir. İsrail hökuməti müharibə təhdidi ilə xalqı təzyiq altında saxlamağı düşünür. Onlar istər HƏMAS, istər Livan, istərsə də İranla qarşıdurmada əldə etdikləri üstünlükləri göz önünə gətirməklə xal qazanmağa çalışırlar”.

Rüfət Sultan,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri