Icma.az
close
up
RU
İsrail Türkiyə razılaşması: Buzlar əriyir?

İsrail Türkiyə razılaşması: Buzlar əriyir?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail və Türkiyə Suriyada hərbi əməliyyatların koordinasiyası və toqquşmaların qarşısının alınması məqsədilə xüsusi “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, məlumata əsasən, razılaşma Azərbaycanda bir neçə həftə ərzində aparılmış danışıqlar nəticəsində əldə olunub. Onu da qeyd edək ki, Türkiyə və İsrail rəsmiləri Suriya ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün aprel ayından bəri Bakıda görüşürlər. Tezliklə Azərbaycanda İsrail və Türkiyə arasında danışıqların beşinci raundunun keçiriləciyi bildirilib.

Bəs görəsən, bu razılaşma tərəflər arasında münasibətlərin normallaşmasına səbəb ola bilərmi? Azərbaycanın bu danışıqlardakı rolunu strateji və diplomatik baxımdan necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı politoloq Taleh Əliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Yaxın Şərq siyasəti Türkiyə və İsrail üçün ciddi prinsipial xarakter daşıyır və buna görə də həmin ölkələr arasında bir neçə ciddi fikir ayrılıqları yaşanıb. Lakin Azərbaycanın vasitəçiliyi ilə zaman-zaman hər iki ölkə arasındakı strateji fikir ayrılıqlarının və münasibətlərin normallaşması mərhələsinə qədəm qoyulub:

"Qardaş Türkiyə Cümhuriyyəti Azərbaycanın mütəffiqi və "Bir millət, iki dövlət" konsepsiyasından irəli gələn ən yaxın tərəfdaş ölkəsidir. İsrail də strateji cəhətdən Azərbaycanla dost olan bir ölkədir. Azərbaycan hər zaman bu iki ölkə arasında münasibətlərin normallaşmasının tərəfdarı olub. Suriyada hakimiyyət dəyişikliyi baş verəndən sonra Türkiyənin dəstəklədiyi Əhməd əş-Şara hökumətinin hakimiyyətə gəlməsi nəicəsində İsrail və Suriya arasında ciddi konflikt yaşandı. Bu isə Türkiyə-İsrail münasibətlərinin də gərginləşməsinə səbəb olmuşdu. Son zamanlar Azərbaycanın yenidən bu prosesdə vasitəçilik etməsi hər iki ölkə tərəfdən müsbət qarşılandı və bu vasitəçiliklə bağlı ümidlər artmışdı".

Taleh Əliyev: Azərbaycanın vasitəçiliyi ilə Türkiyə-İsrail münasibətlərinin normallaşması mərhələsinə qədəm qoyulub

T.Əliyevin fikrincə, regionun iki güclü dövləti arasındakı gərginlik bu iki ölkənin düşməni olan üçüncü ölkələrin işinə yarıya bilər. Hər iki dövlətlə ciddi münasibətləri olan Azərbaycanın bu proseslərdə vasitəçiliyi ölkəmizin milli və təhlükəsizlik maraqlarına cavab verməklə yanaşı, qarşı tərəflərin də maraqlarına uyğundur.

"Sözügedən razılaşma iki ölkə arasındakı fikir ayrılıqlarının aradan qalxmasına və regiondakı problemlərin konsesual həllinə cavab verəcək. İstər Türkiyə, istərsə də İsrail tərəfində Azərbaycanın ciddi imici mövcuddur. Ölkəmiz hər iki ölkənin xüsusən də xarici siyasətində və geosiyasi maraqlarına töhfə verəcək əməkdaşlığa vasitəçilik etmək iqtidarına malikdir", - deyə Taleh Əliyev bildirib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri