Icma.az
close
up
RU
Rusiya Azərbaycan münasibətlərində buzlar əriyir Deputat

Rusiya Azərbaycan münasibətlərində buzlar əriyir Deputat

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aylar öncə Rusiya hava məkanında Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması, bu ölkədə yaşayan azərbaycanlılara qarşı cinayət və bu tipli başqa hərəkətlər Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə səbəb olub. Lakin son günlər baş verən bəzi hadisələr diqqət çəkir. Belə ki, bir müddət əvvəl Rusiya-Azərbaycan Baş nazirlərinin birinci müavinləri arasında görüş olub. Baş nazirlərin müavinləri Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasının Protokolunu imzalayıblar. Ardınca Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Daha bir önəmli hadisə isə Rusiya Prezidentinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu ünvanlamasıdır. Putin Birinci vitse-prezidenti təbrik edib və onun vasitəsilə ölkə başçısı İlham Əliyevə salamlarını çatdırıb.

Bütün bunlar iki ölkə arasındakı gərginliyin azalmasınamı dəlalət edirmi?

Modern.az-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, son vaxtlar müşahidə edilən Rusiya-Azərbaycan gərginliyində bütün məsuliyyət Rusiya tərəfinin üzərinə düşürdü:

“Çünki nəticə etibarilə münasibətlərin gərginləşməsinə səbəb Rusiyadakı bəzi hərbi, siyasi dairələrin məsuliyyətsiz davranışları, Rusiya hava məkanında Azərbaycan təyyarəsini vurmaları və nəhayət bu ölkədəki bəzi siyasi mərkəzlərin baş vermiş cinayətlə bağlı məsuliyyətdən yayınma cəhdləridir. Azərbaycan isə xeyli müddət davam edən bu prosesdə təmkinini, soyuqqanlılığını itirmədi və öz mövqeyindən bir addımda çəkilməyib, haqlı mövqeyində israr etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələrinə müsahibələrində bir neçə dəfə bu mövzuya toxunaraq ölkəmizin mövqeyini bir daha izah etdi və haqlı olduğumuzu bildirdi. Eyni zamanda, diplomatik dönüş üçün heç vaxt dilplomatik pəncərəni qapatmadı.  Azərbaycan iddia etmədi ki, bu qəsdən edilib. Ən son "Əl Ərəbiyyə" telekanalına müsahibəsi zamanı da Prezident təyyarənin səhvən vurulduğunu, amma sonradan cinayətkarcasına təyyarənin izinin itirilməsinə cəhd edildiyini bildirib. Burada artıq cinayət tərkibi var. Mənə elə gəlir ki, haqq və ədalət önündə haqsız mütləq geri çəkilməlidir. Ona görə də biz Rusiyanın iki ölkə arasındakı münasibətləri bundan sonra daha da gərginləşdirməməsini gözləyirdik. Çünki bu hər iki ölkə üçün də yaxşı heç nə vəd etmirdi. Üstəlik də haqsız olaraq Azərbaycana, eləcə də Rusiyada yaşayan azərbaycanlılara qarşı törədilən cinayətlər məsuliyyətsizlik psixologiyasının gətirdiyi davranışlar idi".

Deputat vurğulayıb ki, baş verən son hadiələr iki ölkə arasındakı buzların əriməyə doğru getməyindən xəbər verir:

"Son dövrlərdə bir neçə hadisə baş verdi. Rusiya Fedreasiyası Baş nazirinin müavini ilə Azərbaycan Baş nazirinin müavini Həştərxanda görüşdülər, bu, artıq buzların əriməyə doğru getdiyini xəbər verdi. Bir qədər sonra Rusiya xarici işlər naziri ilə Azərbaycan xarici işlər naziri arasında danışıqlar baş tutdu. Ən yeni reallıq qiymətləndirildi. Nəhayət, bu səciyyə bir qədər də yuxarı qalxdı. Ən ali səviyyədə Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik etdi və Azərbaycan Prezidentinə öz salamlarını çatdırmasını xahiş etdi. Mənə elə gəlir ki, bu Azərbaycanın ədalətli mövqeyi və dəyanəti qarşısında Rusiyanın atmalı olduğu addımlar idi ki, atıldı. Nəticə etibarilə, ən ekstermal vəziyyətdə belə Azərbaycan diplomatiyası təmkinini, ədalət hissini, etibarlı tərəfdaşlıq keyfiyyətini itirmir. Məncə, Rusiyada buna bir qədər əmin olmağa başlayıblar və buna görə də belə addımların davamını önümüzdəki günlərdə gözləmək olar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri