Icma.az
close
up
RU
Ankara Afina: Buzlar əriyir

Ankara Afina: Buzlar əriyir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Tarixən aralarında ziddiyyətlər yaşanan, bununla belə eyni coğrafiyanı bölüşmələrinin fərqində olan Türkiyə və Yunanıstan münasibətlərin normallaşması istiqamətində daha bir addım atıblar. Belə ki, bu günlərdə Ankarada Türkiyə ilə Yunanıstan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iki ildən sonra ilk iclası keçirilib.

Görüş çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 7 sənəd imzalanıb. Sənədlərin imzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak ediblər.

Altı sənəd iki ölkənin müvafiq nazirləri tərəfindən imzalanıb, bir sənəd - Türkiyə və Yunanıstan hökumətləri arasında birgə bəyannamə isə liderlər tərəfindən təsdiqlənib. Sazişlərin iqtisadiyyat, ticarət, turizm, nəqliyyat və digər əməkdaşlıq istiqamətlərini əhatə etdiyi bildirilib. Çox doğru olaraq Türkiyə paytaxtında sənədlərin imzalanması iki qonşu ölkənin əməkdaşlıq kursuna qayıdışı kimi dəyərləndirilir.

İki ölkə arasında mövcud ziddiyyətlər çətin olsa da...

Görüş zamanı liderlər Türkiyə ilə Yunanıstan arasında tarixən mövcud olmuş ziddiyyətlərin çətin olduğunu bildirməklə yanaşı, danışıqların  davam etdirilməsinin, iki ölkə arasında mövcud fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində və konstruktiv dialoq yolu ilə həllinin vacibliyini vurğulayıblar. Yunanıstanın Baş naziri bəyan edib ki, Egey dənizində kontinental şelf və müstəsna iqtisadi zonalar kimi mürəkkəb məsələlər üzrə tərəflər razılığa gələ bilmədikdə beynəlxalq məhkəmə mexanizmlərindən istifadə variantı istisna edilmir. Onun sözlərinə görə, iki ölkə eyni regionda yerləşir və coğrafiya dəyişməz olsa da, əməkdaşlıq imkanları genişdir.

Türkiyə Prezidenti isə bildirib ki, mövcud çətinliklər mürəkkəb olsa da, beynəlxalq hüquq çərçivəsində həll oluna bilər. O, tərəflər arasında xoş niyyətin, açıq dialoqun və qarşılıqlı hörmətin əsas prinsip kimi qorunmasının vacibliyini qeyd edib. Ərdoğan, həmçinin Türkiyə ilə Yunanıstanın NATO müttəfiqi olduğunu xatırladaraq regional təhlükəsizlik və sabitlik məsələlərində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bəs iki ölkə arasında uzun illərdir ki, davam edən ziddiyyətlər nədən qaynaqlanır? Ziddiyyətlərin təməlində ərazi iddiaları - adaların taleyi məsələsi dayanır. Egey dənizinin cənub-şərqində “12 ada” kimi tanınan, əslində sayı 12-dən çox olan bu adalar XX əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olub.

1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsinə əsasən, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapıb və iki dövlət arasındakı sərhəd dəqiqləşdirilib. Egey dənizindəki xırda adalar bölüşdürülüb. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köçürülüb. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum edib. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış “Montrö sazişi” ilə geri ala bilib.

Lakin ortada 2 müqavilə olsa da, Egey dənizindəki məlum adalara  Türkiyə ilə Yunanıstanın iddiaları hazırda da davam edir. Gərginliyin digər səbəbi Yunanıstanın Şərqi Egey adalarında hərbi texnika yerləşdirməsidir ki, bu da Türkiyənin sərt reaksiyasına gətirib çıxarıb. Bundan başqa, rəsmi Afina Şimali Kiprin müstəqilliyini tanımaq istəmir. Türkiyə isə əksinə, Şimali Kipri müstəqil aktor kimi qəbul edir.

2023-cü ildən başlayan müsbət proseslər

Ərazi iddialarına son qoyulmasa da, 2023-cü ildən etibarən Ankara ilə Afina arasında buzların əridiyi müşahidə edilir. Əsas məqamlardan biri ondan ibarətdir ki, liderlər iki ölkə arasındakı münasibətləri indiki səviyyədən daha da irəli aparmağa siyasi iradə göstərirlər. 2023-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 illik fasilədən sonra Afinaya ilk rəsmi səfərə getməsi və iki ölkə arasında “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi”nin imzalanması ilə qarşılıqlı münasibətlərdə yeni səhifə açılıb. Bəyannaməyə əsasən, Türkiyə və Yunanıstan dostluq münasibətlərini inkişaf etdirmək, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan siyasi əlaqələri gücləndirmək, aralarındakı hər hansı mübahisələri sülh yolu ilə və beynəlxalq hüquqa uyğun olaraq həll etmək kimi öhdəliklər götürüblər.

Əlbəttə, son 3 ildə hər şeyin rəvan getdiyini söyləmək mümkün deyil. Məlumatlara görə, son illərdə Egey dənizi və Şərqi Aralıq dənizi ilə bağlı qarşılıqlı bəyanatlar və hərbi-texniki addımlar fonunda münasibətlərdə gərginlik müşahidə olunub. Bununla belə, bugünlərdə Ankarada baş tutan görüş və aparılan müzakirələr onu deməyə əsas verir ki, tərəflər ayrı-ayrı istiqamətlərdə əməkdaşlığı genişləndirmək və etimad quruculuğuna nail olmaq istəyindədirlər. Ankarada keçirilən son görüşün əsas məqsədi münasibətləri əməkdaşlıq məcrasına qaytarmaq və gərginliyi azaltmaq kimi qiymətləndirilir. Diplomatik mənbələrin bildirdiyinə görə, tərəflər qarşılıqlı ticarət dövriyyəsini artırmaqda maraqlıdırlar. Hazırda illik ticarət həcmi təxminən 7 milyard dollar təşkil edir və bu göstəricinin 10 milyard dollara çatdırılması hədəflənir. Turizm və nəqliyyat sahələri də əməkdaşlığın əsas istiqamətləri kimi qeyd olunur.

Görüşdə, həmçinin qanunsuz miqrasiya ilə mübarizə, regional təhlükəsizlik və Kipr məsələsi üzrə fikir mübadiləsi aparılıb.

Beləliklə, Ankarada keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası Türkiyə ilə Yunanıstan arasında münasibətlərin normallaşdırılması və əməkdaşlıq istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri