Icma.az
close
up
RU
İsrail Türkiyənin daxili işlərinə müdaxilə edərək vəziyyəti gərginləşdirir Hasan Oktay

İsrail Türkiyənin daxili işlərinə müdaxilə edərək vəziyyəti gərginləşdirir Hasan Oktay

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Suriya və Livan torpaqlarının hədəf alınması İsrailin genişlənmə siyasətində israrlı olduğunu göstərir.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qəzza Əlaqə Qrupu toplantısındakı çıxışında deyib.

“İsraili dayandırmadan bölgədə sülh mümkün deyil. Əsas məqsədimiz Qəzzada dağıntıları dayandırmaq və daimi atəşkəs yaratmaq olmalıdır. İsrailə təzyiq artırılmalıdır”, - nazir bildirib.

Nazir Misirin bütün İƏT ölkələri tərəfindən dəstəklənən Qəzza planının konstruktiv çərçivə təmin etdiyini və bu plan əsasında irəliləməyin lazım gəldiyini qeyd edib.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a bildirib ki, Fələstin və Qəzza məsələsi, xüsusilə Trampın iftar mərasiminə qatıldıqdan sonra Qəzza ilə bağlı hazırladığı animasiyalı layihə – bölgədə iş mərkəzləri, otellər və əyləncə məkanları açmağı nəzərdə tutan vizual təqdimat İslam dünyasında geniş reaksiyalara səbəb oldu:

"Misir mərkəzli Qəzzanın yenidən qurulması layihəsi Trampın planı ilə müqayisə edilərək qarşı-qarşıya qoyuldu. Hər iki layihənin həyata keçirilməsi üçün isə ilk növbədə Qəzzada daimi atəşkəsin təmin olunması zəruridir. İsrail və HƏMAS arasında atəşkəs razılaşması mövcud olsa da, İsrail bu razılaşmanı dəfələrlə pozaraq bölgədə qətliamlar törətməyə davam edir. ABŞ-ın güclü dəstəyini alan İsrail, təhlükəsizlik səbəbi ilə ətrafında mövcud olan HƏMAS, Hizbullah və husilər kimi təşkilatları tamamilə məhv etmədən atəşkəsə razılaşmaq niyyətində deyil. İsrail, ABŞ-dan aldığı dəstəklə təhlükəsizlik narahatlıqlarını bəhanə edərək bu qrupları neytrallaşdırma cəhdlərini daha da gücləndirib.

Buna baxmayaraq, İslam dünyası, xüsusilə də Türkiyə, bölgədə atəşkəsi təmin etmək və sülhü bərqərar etmək üçün ciddi səylər göstərir. Lakin bu səylərə baxmayaraq, konkret nəticələr əldə etmək hələ də çətin görünür. Türkiyə, İran, İraq, Suriya, Livan və hətta İsrail üçün nümunə ola biləcək bir idarəetmə modelinə sahib olsa da, Yaxın Şərqdəki proseslərin təsiri altında ona Orta Şərq modeli qəbul etdirməyə çalışıldığı müşahidə olunur".


Şərhçi əlavə edib ki, belə bir həssas dövrdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın İslam ölkələri ilə həyata keçirdiyi diplomatik təşəbbüslər Qəzzada daimi atəşkəs və yekun sülhün əldə edilməsi ehtimallarını azaldır:

"Türkiyə, regionun problemlərini həll etmək üçün əlindən gələni etsə də, bu məsələlərin qısa müddətdə həll olunmasının mümkün olmadığı aydın görünür. Hazırda Türkiyə İsrail üçün alternativ bir model yaratmalı olduğu halda, İsrail Türkiyənin daxili işlərinə müdaxilə edərək ölkədəki siyasi vəziyyəti daha da gərginləşdirməyə çalışır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Mart 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri