Icma.az
close
up
RU
Türkiyənin AByə yolunu tamam bağlamağa çalışırlar Hasan Oktay

Türkiyənin AByə yolunu tamam bağlamağa çalışırlar Hasan Oktay

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Birliyi yaşıl pasportu (xüsusi pasport - red.) olan Türkiyə vətəndaşları üçün “ön viza” tətbiq etməyə başlayır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, cari ilin ilk yarısında Almaniya, Fransa və Niderland da ETİAS adlı sistemə daxil olacaq. Yaşıl pasportu olanlar proqramı yükləyib 7 avro ödəyəcək, sonra pasport məlumatlarını sistemə daxil edəcəklər. Sistem təsdiq etməsə, həmin şəxs AB-yə daxil ola bilməyəcək.

AB Səyahət və Avtorizasiya Sistemi ETİAS 2025-ci ilin birinci yarısında tətbiq olunacaq. Müvafiq olaraq, yaşıl və ya boz pasporta malik olan və AB vizası tələb olunmayan şəxslər AB-yə üzv ölkələr və İsveçrə, İslandiya, Norveç və Lixtenşteynə səyahət edərkən ETİAS sistemində qeydiyyatdan keçəcəklər.

Almaniya, Fransa və Niderland 2021-ci ildə başlaması nəzərdə tutulan sistemi tamamlaya bilməsə də, bəzi AB üzvü ölkələr 2024-cü ilin noyabr ayının ortalarında sistemdən istifadə etməyə başlayıb. Təhlükəsizlik məqsədi ilə hazırlanmış sistemdə ilkin viza yoxlanışı olacaq. Müraciətlərin 90-95 faizinin müsbət cavab alacağı ehtimal edilir.

Türklərin ən çox səyahət etdiyi ölkələrdən biri olan Almaniyaya gedəcək yaşıl və diplomatik pasportlara malik şəxslər üçün ilkin bildiriş 2025-ci ilin ilk yarısında başlayacaq. Türklər də daxil olmaqla, 1 milyard insanın ETİAS-dan təsirlənəcəyi gözlənilir.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a bildirib ki,   Türkiyə ilə AB arasında zaman-zaman böyük problemlər yaranır:

"Xüsusilə Suriya böhranından sonra Türkiyədəki qaçqınların Avropa İttifaqına qaçaq yollarla sığınmağa başlaması bu dövlətə qarşı daha sərt siyasətə məcbur etdi. Bununla yanaşı, AB Türkiyədən Avropaya gedəcək şəxslərdən viza vasitəsilə pul qazanmaqla bağlı belə bir tətbiqi həyata keçirdi. Ərdoğan hakimiyyətinin məmurları, əldə etdikləri yaşıl pasport vasitəsilə hakimiyyət dəyişərsə qorxusu ilə yaşadıqları üçün sürətlə Avropa İttifaqına getmə planları etdikləri məlumdur. Bunun ən mühüm nümunəsi Yunus Emre İnstitutu müdiri Prof. Şərəf Ateşin  böyük rüşvət əməliyyatları nəticəsində əldə etdiyi sərvəti xaricə çıxarıb yaşıl pasportla Avropaya keçməsi, bir çox yüksək rütbəli məmura nümunə olma qorxusu yaratmaqdadır".


Politoloq əlavə edib ki, hazırda hökuməti idarə edən yüksək rütbəli bürokratlar, "hökumət devrilərsə, bunun cavabdehliyini bizdən soruşarlar" qorxusuyla yaşayırlar:

"Buna görə də əldə etdikləri sərvətləri xaricə çıxardıqları kimi, hər hansı bir kiçik böhranda da özlərinin sorğu-sualsız xaricə getmə ehtimalını nəzərə alaraq bu viza tətbiqi başladılıb. Həmçinin Suriyadan Türkiyəyə gələnlərə Türkiyə Cümhuriyyəti dövləti normal pasport verildiyi halda, bəzi qanunsuz tətbiqlərlə suriyalılara yaşıl və ya qara pasport verildiyi iddia edilir. AB bu iddiaları nəzərə alaraq Türkiyə Cümhuriyyəti dövlətinin xidmət pasportu daşıyan məmurlara qarşı tətbiq etməyə başladığı irəli sürülür. Məsələnin arxasında Türkiyəyə bu və buna bənzər daha başqa problemlər çıxararaq AB-yə qoşulmaq məsələsindəki təkidindən imtina etməsini təmin etməyə çalışırlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri