İsrail və ABŞ ilə bağlı iddia: Şərqi Afrika ölkələri ilə sürgün üçün danışıqlar aparılır
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail rəhbərliyi və ABŞ prezidentinin fələstinliləri Qəzza zolağından çıxarmaq planı ilə bağlı Şərqi Afrika ölkələri ilə əlaqə saxladığı iddia olunur.
Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, Təl-Əviv və Vaşinqton hökumətləri 1991-ci ildə Somalidən birtərəfli müstəqillik elan edən Sudan, Somali və Somaliland ilə qəzzalıların deportasiyası planını müzakirə etmək üçün danışıqlar aparıblar.
Bildirilib ki, ABŞ və İsrail administrasiyaları fələstinlilərin bu üç bölgəyə göndərilməsini müzakirə etmək üçün bir-biri ilə əlaqə saxlayıblar.
Sudan rəsmiləri ABŞ-dən gələn təklifi rədd etdiklərini, Somali və Somaliland rəsmiləri isə hər hansı əlaqədən xəbərsiz olduqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Mart 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















