ABŞ dən Yaxın Şərq və Şimali Afrika ölkələri üçün təhlükəsizlik xəbərdarlığı
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Dövlət Departamenti Şimali Afrika və Yaxın Şərq ölkələri üçün təhlükəsizlik xəbərdarlığı edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin "X" sosial şəbəkə hesabında məlumat yerləşdirilib.
"Regional gərginliyin artması ilə əlaqədar Dövlət Departamenti Yaxın Şərq və Şimali Afrikadakı ABŞ vətəndaşlarına daha çox ehtiyatlı davranmağı tövsiyə edir", - deyə məlumatda bildirilir.
Diplomatlar qeyd ediblər ki, keçmişdə belə gərginliklər nəqliyyat əlaqəsində fasilələrə və regionda ABŞ vətəndaşları üçün təhlükəsizlik təhdidlərinin artmasına səbəb olub.
Daha əvvəl isə ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında mümkün hərbi münaqişədən danışıb. Onun sözlərinə görə, Yaxın Şərqdə "nəsə ola bilər".
Due to high tensions in the Middle East, the security environment remains complex and can change quickly. We remind U.S. citizens in Israel and the broader region of the continued need for caution and encourage them to monitor the news for breaking developments.
— Department of State (@StateDept) June 12, 2025


