Icma.az
close
up
RU
Fransanın Afrika ölkələri ilə bağlı siyasəti dəyişir?

Fransanın Afrika ölkələri ilə bağlı siyasəti dəyişir?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın, əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Bu dövlətin müstəmləkəçilik siyasətinin tarixi yüz illərə gedib çıxır.

Kolonializm siyasəti Fransa üçün xarakterikdir

Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər ərzində əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Bütövlükdə, Fransanın müstəmləkəçilik siyasəti həmin xalqlara yaxşı heç nə gətirməyib. Onlar sivilizasiyadan geri qalıblar, sərvətləri talanıb Fransaya daşınan ölkələr asılı vəziyyətə düşüblər, diskriminasiya nəticəsində  yerli xalqlar milli kimliklərini itirmək təhlükəsi ilə üzləşiblər.

Fransa istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də,  bu siyasətin mahiyyəti dəyişməyib. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.

Makron Afrika ilə əlaqələrə yenidən baxa bilər

Bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə Yelisey sarayına gəldikdən sonra Fransa ilə Afrika ölkələri arasındakı münasibətləri yenidən qurmaq istədiyini bildirib. Milli Assambleya tərəfindən yayımlanan “France-Afrique, le divorce?” adlı sənədli filmdə dövlət başçısı postkolonial dövrdən miras qalmış yanaşmalardan imtina etdiyini və Fransa-Afrika əlaqələrinin əsaslı şəkildə yenilənməsini müdafiə edir. Özünü müstəmləkəçilik dövründən sonra doğulmuş ilk Fransa Prezidenti kimi təqdim edən Emmanuel Makronun sözlərinə görə, Afrika əhalisinin dörddə üçü həmin dövrü şəxsən yaşamayıb. O, münasibətlərin yalnız keçmiş üzərində qurulmasından çıxmağın vacibliyini vurğulayır, eyni zamanda tarixi reallıqların tanınmasının zəruri olduğunu qeyd edir. Bununla belə, o, bu yanaşmanın peşmançılıq və ya tövbə məntiqinə əsaslanmadığını bildirir.

Fransa Prezidenti tədricən postkolonial hesab edilən mexanizmlərə son qoyduğunu və bunun doğurduğu anlaşılmazlıqlara baxmayaraq, bu seçimi üzərinə götürdüyünü deyir. O, Fransanın Afrikadan geri çəkildiyi fikrini rədd edərək, bəzi tənqidlərin Parisin artıq həyata keçirmək istəmədiyi müdaxilə və güc balansı gözləntilərindən qaynaqlandığını bildirir.

Sənədli filmdə Emmanuel Makron Fransanın xüsusilə Sahel bölgəsində bir sıra Afrika ölkələrindən çıxmasından sonra bəzi hərbi rejimlərin Rusiyaya yaxınlaşdığını qeyd edir. O, xüsusilə Malini misal çəkərək, çevrilişdən sonra hakimiyyətə gələn rəhbərliyin Fransa ilə əməkdaşlığın kəsilməsindən sonra yaranan “təhlükəsizlik boşluğunu” doldurmaq üçün Moskvaya müraciət etdiyini deyib. Makronun fikrincə, bu seçim öz təhlükəsizlik problemlərinə davamlı həllər təqdim edə bilməyən zəif milli siyasi sistemlərin göstəricisidir. O, bu vəziyyətin əsas zərbəni mülki əhaliyə vurduğunu və onların bu prosesin ilk qurbanları olduğunu vurğulayır.

Rusiyanın Afrikada güclənməsindən narahatlıq...

Fransa Prezidenti Rusiyanın Afrikadakı strategiyasını neokolonializm kimi xarakterizə edir. Onun sözlərinə görə, xüsusilə “Vaqner” qrupu vasitəsilə göstərilən təhlükəsizlik dəstəyi əməkdaşlıq və ya inkişaf məqsədi daşımır. Makron bildirir ki, bu mexanizmlər əsasən hakimiyyətdə olan liderlərin qorunmasına, əvəzində isə mədən resurslarına çıxışın, informasiya sistemlərinə nəzarətin və uzunmüddətli siyasi təsirin təmin edilməsinə xidmət edir. Emmanuel Makron bu yanaşmanı Fransanın mövqeyi ilə müqayisə edərək vurğulayır ki, Paris artıq rejimləri dəstəkləmək və ya devirmək üçün müdaxilə etmək, yaxud da müstəmləkə dövründən qalma güc münasibətlərinə girmək niyyətində deyil. O, qeyd edir ki, yerli hakimiyyət orqanları əməkdaşlıq çərçivəsini pozduqda Fransa bunu qəbul edir və geri çəkilir.

Sənədli filmdə Makron Benini Fransa ilə Afrika ölkəsi arasında sabitləşmiş ikitərəfli münasibətlərin nümunəsi kimi təqdim edir. Onun sözlərinə görə, Parislə Kotonu arasındakı əlaqələr Sahel bölgəsindəki bəzi ölkələrdən fərqli olaraq institusional əməkdaşlıq çərçivəsində qorunub saxlanılıb. Makron bildirir ki, Fransa ilə Benin arasında tərəfdaşlıq davamlı siyasi dialoqa və xüsusilə silahlı qrupların fəallaşdığı regional şəraitdə təhlükəsizlik sahəsində açıq əməkdaşlığa əsaslanır. O, keçmişdə Benin prezidenti ilə qeyri-rəsmi və qardaşlıq mühitində səsləndirdiyi bəzi fikirlərlə bağlı yaranan mübahisələrə də toxunaraq, bu açıqlamaların ikitərəfli münasibətlərə zərər vurmadığını və diplomatik gərginliyə səbəb olmadığını bildirir.

Fransa Prezidenti Benini hərbi çevrilişlərdən sonra Fransa ilə əməkdaşlığı kəsən ölkələrdən fərqləndirir. Bu nümunə vasitəsilə Emmanuel Makron Parisin Afrika dövlətləri ilə qurmaq istədiyi münasibət modelini - keçmişin tanınmasına əsaslanan, lakin müdaxiləçilikdən uzaq, gələcəyə yönəlmiş və komplekslərdən azad tərəfdaşlıq təqdim edir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:361
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri