Icma.az
close
up
RU
“İsrail və ərəb ölkələri ABŞ ın Rusiya ilə yaxınlaşmasından ehtiyatlanır“ NBC

“İsrail və ərəb ölkələri ABŞ ın Rusiya ilə yaxınlaşmasından ehtiyatlanır“ NBC

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Trampın ABŞ-ın düşməninin kim olduğu və milli təhlükəsizliyə təhdid yaradanların kimlər olduğu barədə aydın baxışı var..."

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə başlayan Vaşinqton-Moskva yaxınlaşması səbəbindən İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-la əməkdaşlıq edən digər ərəb ölkələri kəşfiyyat məlumatlarını ABŞ-la paylaşmaqdan ehtiyatlanır.

Moderator.az xəbər verir ki, bu barədə martın 6-da Amerikanın NBC telekanalı məlumat yayıb. Məlumatı "vesty.co" nəşri yayıb.

Məlumatda deyilir ki, bu ölkələr kəşfiyyat məlumatlarını ABŞ-la bölüşməkdən çəkinir, çünki onların Rusiyaya, oradan isə digər qeyri-dost dövlətlərə sızacağından narahatdır.

Məlumata görə, Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı yeni siyasəti fonunda kəşfiyyat məlumatlarını bölüşməkdən ehtiyatlanan təkcə bu ölkələr deyil, eyni qorxular Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada da var.

NBC bildirir ki, bu ölkələri və onların xüsusi xidmət orqanlarını ən çox narahat edən məsələ agentura şəbəkəsinin və məxfi əməliyyatlarla bağlı digər obyektlərin, hətta təsadüfən olsa belə, ifşa olunma riskidir. 

"Mövcud vəziyyətin müzakirəsinə artıq başlanılıb", – telekanalın mənbələrindən biri bildirib. Digər bir mənbə isə qeyd edib ki, hələlik heç bir konkret ehtiyat tədbiri və ya əks-tədbir qəbul olunmayıb.

Mənbələr vurğulayıb ki, ABŞ-ın tərəfdaşları kəşfiyyat sahəsində əməkdaşlıq protokollarını elə şəkildə yenidən nəzərdən keçirməyə çalışırlar ki, onlar Vaşinqtonun Rusiya ilə münasibətlərindəki dəyişiklikləri nəzərə alsın.

NBC xatırladır ki, bütün dünyada kəşfiyyat orqanları xarici mənbələrini "müqəddəs xidmətçilər" kimi qoruyur və onların ifşasına qarşı maksimum müdafiə tədbirləri görməyə çalışır. Məhz bu qorxu, yəni məlumatların "etibarsız əllərə" keçməsi nəticəsində agentlərin təsadüfən ifşa olunması ehtimalı hazırda xüsusi xidmət orqanlarını narahat edir və preventiv tədbirlər barədə düşünməyə vadar edir.

Telekanalın mənbələri əlavə edib ki, əslində, kəşfiyyat əməkdaşlığı protokollarının yenidən nəzərdən keçirilməsi, Trampın Rusiya ilə siyasətini dəyişməsi fonunda (ilk növbədə Ukraynaya dəstəyi dayandırması) ABŞ-la ticarət, diplomatik və hərbi münasibətlərin geniş şəkildə yenidən dəyərləndirilməsinin bir hissəsidir.

ABŞ-ın müttəfiqlərinin Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdırmaq ehtimalı ilə bağlı sualı cavablandıran ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Brayan Hyuz deyib:

 "Prezident Trampın "ABŞ-ın düşməninin kim olduğu və milli təhlükəsizliyə təhdid yaradanların kimlər olduğu barədə aydın baxışı var". O, əlavə edib ki, "ABŞ-ın kəşfiyyat imkanları misilsizdir və məhz buna görə də kəşfiyyat məlumatlarının mübadiləsi təşəbbüsləri mövcuddur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri