Icma.az
close
up
RU
İsrail və HƏMAS arasındakı atəşkəs razılaşması sülhlə nəticələnməyəcək AÇIQLAMA

İsrail və HƏMAS arasındakı atəşkəs razılaşması sülhlə nəticələnməyəcək AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"HƏMAS və İsrail arasında atəşkəsin bağlanması bölgədə tamamilə sülhün əldə edilməsinə və yaxud da Qəzza məsələsinin beynəlxalq müstəvidə qəbul edilən "ikili dövlət prinsipi" üzrə həll edilməsinə əsas yaradacağını hesab etmirəm. Bu, daha çox girovların azad edilməsinə hesablanmış bir addımdır, hansı ki, bu məsələdə əsas maraqlı tərəf İsraildir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı İsrail və HƏMAS-ın atəşkəslə bağlı razılığa gəlməyini şərh edərkən dedi. Onun sözlərinə görə, İsrail üçün girovların azad edilməsi daxili ictimai təzyiqləri azaltmaq baxımından prioritetdir:

"Qəzza müharibəsi başladıqdan sonra İsrail HƏMAS-ı böyük ölçüdə sıradan çıxartdı. HƏMAS-ın əlində isə əsas kozlardan biri məhz girovlar məsələsi qalmışdı. İkincisi, bu məsələ İsrail hökuməti üçün əsas daxili problemlərdən biridir. Yəni insanlar qəti şəkildə etiraz edirlər, girovlarla bağlı hökuməti davamlı qınayırlar. Onların azad edilməsi Netanyahu hökümətinin uğuru kimi qəbul edilə bilər. Təbii ki, burada ən önəmli məsələ odur ki, İsrail əslində bu cür atəşkəslə girovların azad edilməsindən sonra HƏMAS-la, yəni Qəzza müharibəsində böyük bir mərhələni başa çatdırmaq istəyir. İndiyə qədər Qəzzada böyük hissə nəzarətə götürülüb. Bunu qələbə ilə yekunlaşdırmaq məsələsi prosesin bitməsindən daha çox, sonrakı mərhələlərin başlanmasına hesablanıb. İsrail və HƏMAS-ın razılıq əldə etməsi, sülh sazişinə gətirib çıxarmayacaq. Çünki İsrail bunu qəbul etmir".

Politoloqun fikrincə, İsrailin növbəti əsas hədəfi kimi Yəməndə Husilər və İran görünür. 

"İsrail Qəzzada HƏMAS-la yanaşı, Hizbullaha qarşı böyük bir əməliyyat keçirdi. Livanda Hizbullahı böyük dərəcədə zəiflətdi, sıradan çıxartdı, burada İranın da bölgədəki təsiri ciddi zəiflədi. Xüsusən növbəti əsas hədəf kimi Yəməndə Husilər görünür. Husilər üçün Körfəz ölkələri, xüsusilə də ərəb ölkələri ortaq mövqedən çıxış edəcək. Çünki Husilər təkcə İsrail üçün yox, həm də Səudiyyə Ərəbistanı kimi ərəb ölkələri üçün ciddi təhlükə yaradır. İranın oradakı əsas qüvvələrinin sıradan çıxarılması, qarşıdakı dövrdə əsas hədəflərdən biri olacaq. İranın və İraq üzərində dini ideoloji təsirinin sıradan çıxarılması ilə bağlı addımlar atıla bilər. Çünki şiə məzhəbinin əsas müqəddəs şəhərləri Kərbəla, Nəcəf İraqdadır və İranın dini ideoloji siyasəti də məhz bu şəhərlər üzərində qurulub və həmin müqavimət toxumu üzərindən yayılır. İraqda müəyyən bir amil var ki, zaman-zaman bu məzhəb məsələsi önə çıxa bilir. Bu, ərəb millətçiliyi məsələsidir", - deyə Asif Nərimanlı qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri