Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

HƏMAS və İsrail qarşıdurması: Atəşkəs mümkündürmü?

HƏMAS və İsrail qarşıdurması: Atəşkəs mümkündürmü?

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

HƏMAS hərəkatı vasitəçilərə Qəzza zolağında son atəşkəs təklifini qeyd-şərtsiz qəbul etməyə hazır olduğunu bildirib.

Məlumata görə, HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyəti bu həftə Qahirədə keçirdiyi görüşlər zamanı Qətər və Misir vasitəçilərinə bildirib ki, hərəkat 60 günlük atəşkəs, İsrail qüvvələrinin yerdəyişməsi və əsirlərin azad edilməsini nəzərdə tutan son təklifə qayıtmaq qərarına gəlib.

HƏMAS qoşunların çıxarılması, fələstinli məhbusların azad edilməsi ilə bağlı tələblərdən imtina edib. Beləliklə, HƏMAS təşəbbüsü tamamilə İsrailə təhvil verib.

Hərəkat İsrailin Qəzzanı tam nəzarətə götürmək və sakinlərin köçürülməsi zərurətindən irəli gələrək bu mövqedən çıxış edib.

Real vəziyyət necədir? Atəşkəs mümkündürmü?

Politoloqlar bu istiqamətdə fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.

“Hadisələr tamamilə fərqli istiqamətdə cərəyan edə bilər”

Politoloq Aytən Qurbanova bildirib ki, mövcud şəraitdə atəşkəsin əldə olunması onun davamlılığı ilə bağlı ciddi məqamları da yenidən gündəmə gətirmiş oldu: “Xüsusilə də, daha əvvəlki dövrlərdə əldə olunmuş atəşkəs razılaşmalarının ömrünün kifayət qədər qısa olduğunu nəzərə alsaq, bu razılaşmanın da əsaslı dəyişikliyə səbəb olacağını ehtimal etmək çətindir. Ümumiyyətlə, Orta Şərqdə təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir mərhələdə hadisələrin inkişaf xronikası Qəzzanın İsrail tərəfindən tam nəzarətə götürülməsi prosesinə rəvac verə bilər. Ancaq onu da qeyd etmək lazımdır ki, real vəziyyətə uyğun olaraq hadisələr tamamilə fərqli istiqamətdə cərəyan edə bilər. Çünki Həmasın asanlıqla təslim olacağını ehtimal etmək çətindir. Ona görə də, atəşkəslə bağlı ilkin şərtlərin qəbul edilməsi davamlı sülhə doğru atılmış addım olmaqdan daha çox danışıqlar prosesinin aktiv olduğunu nümayiş etdirən məqam kimi dəyərləndirilə bilər”.

“Əsas söz indi İsrailin mövqeyindən asılıdır”

Politoloq Elman Telmanoğlu söyləyib ki, HƏMAS-ın vasitəçilərə verdiyi son siqnal bölgədəki reallıqları nəzərə alaraq xüsusi əhəmiyyət kəsb edir: “Bu mövqe ondan xəbər verir ki, hərəkat ənənəvi şərtlərindən geri çəkilərək təşəbbüsü tamamilə İsrailin əlində qoyub. Əslində, bu həm də Qəzza zolağındakı hərbi və humanitar təzyiqlərin HƏMAS-ı güzəştlərə vadar etdiyini göstərir. Real vəziyyət, Qəzza zolağında hərbi balans İsrailin xeyrinə dəyişib. Humanitar böhran isə gündən-günə dərinləşir. Bu səbəbdən HƏMAS əvvəlki kimi “qoşunların çıxarılması” və “məcburi məhbus mübadiləsi” kimi şərtlərdən imtina edərək sadəcə 60 günlük atəşkəs və əsir məsələsinə fokuslanıb. Lakin bu qərar hələ yekun nəticə demək deyil. Çünki əsas söz indi İsrailin mövqeyindən asılıdır”.

“İsrailin siyasi iradə nümayiş etdirməsi əsas şərtdir”

Politoloq texniki baxımdan atəşkəsin mümkün göründüyünü deyib: “Misir və Qətərin vasitəçilik səyləri davam edir, ABŞ də prosesə ciddi dəstək verir. Amma İsrailin Qəzzanı tam nəzarətə götürmək və təhlükəsizlik zəmanətlərini təmin etmək istəyi atəşkəsə mane olan əsas amildir. Yəni HƏMAS faktiki olaraq “əlini geri çəkib”, amma Təl-Əvivin daxili siyasi və strateji maraqları hələ də kompromisə tam imkan vermir. Nəticə etibarilə, atəşkəs qapısı açıqdır, lakin bu, ancaq regional və beynəlxalq güclərin təzyiqi ilə reallaşa bilər. HƏMAS-ın geri addımı sülhə yaxınlaşdıran addımdır, amma yekun razılaşma üçün İsrailin də siyasi iradə nümayiş etdirməsi əsas şərtdir”.

“HƏMAS məğlub edilib”

Politoloq Turan Rzayev deyib ki, faktiki olaraq bu gün Qəzzada HƏMAS-ın mövqeləri ciddi şəkildə zərər görüb: “Müqavimətləri davam edir, amma bu, əvvəlki kimi güclü bir HƏMAS-ın olduğu mənasına gəlmir. Yəni HƏMAS məğlub edilib, sadəcə burada insanların həyatını itirmək məsələsi var və bu, günü-gündən artır. İsrailin aqressiyası da artmaqdadır”.

O bildirib ki, bu baxımdan əslində əldə edilən sazişi başa düşmək olur: “HƏMAS hər halda varlığını qorumağa çalışır. Ona görə də tərk etmək qərarına gəlib. Amma İsrail yəqin ki, bu sazişlə tam razılaşmayacaq. Yəni indi bir razılığı olsa da, sonra bu razılıq pozulacaq. Çünki İsrailin əsl məqsədlərindən biri HƏMAS-ı birmənalı şəkildə yox etməkdir. Yəni əgər HƏMAS öz varlığını davam etdirəcəksə, bu, gələcəkdə bu ərazilərdə münaqişənin də davam etməsi deməkdir. Ona görə də İsrail tərəfi böyük ehtimal bu sazişin pozulması üçün əlindən gələni edəcək. HƏMAS tam məğlub edilmədiyi təqdirdə Qəzza münaqişəsi heç vaxt bitməyəcək”.

“Fələstinin İsrail ilə ortaq hərəkət etdiyini düşünürəm”

T.Rzayev diqqətə çatdırıb ki, hətta Qəzza Fələstinin öhdəliyinə buraxılsa belə HƏMAS-ın varlığı Fələstin üçün də təhdiddir: “Fələstin Prezidenti Mahmud Abbasın İsrail ilə əməkdaşlıq etdiyini düşünürəm. Ona görə də HƏMAS-ın məğlub edilməsi bu gün İsrailin də, Fələstinin də ortaq marağıdır və Mahmud Abbas üçün Qəzzadakıların halından daha çox, HƏMAS-ın gələcək taleyi maraqlıdır. Ona görə də bu məsələdə Fələstinin İsrail ilə ortaq hərəkət etdiyini düşünürəm”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Avqust 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri