Icma.az
close
up
RU
HƏMAS və İsrail arasındakı atəşkəs sülhə aparacaqmı? POLİTOLOQ ŞƏRH ETDİ

HƏMAS və İsrail arasındakı atəşkəs sülhə aparacaqmı? POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, İsrail və HƏMAS arasında atəşkəs razılaşması cümə axşamı ABŞ prezidenti Donald Trampın razılığın əldə olunduğunu elan etməsindən sonra Qəzzada qüvvəyə minib.

Bildirilib ki, İsrailin Nazirlər Kabineti Qəzzada saxlanılan bütün girovların azad edilməsi planını müzakirə etmək üçün cümə axşamı saat 15:00-da toplanacaq.

Baş nazir Benyamin Netanyahu planı təsdiqləmək üçün iclası çağırdığını əvvəlcədən elan etmişdi.

Rəsmi məlumatlara görə, atəşkəs razılaşmanın imzalanmasından dərhal deyil, hökumətin təsdiqindən sonra qüvvəyə minib.

Mövzu il bağlı Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, İsrail və Həmas arasında atəşkəsin qüvvəyə minməsi təqdirəlayiqdir:

“Bu, Donald Trampın təşəbbüsləri və eyni zamanda Türkiyə, Misir və Qətərin səyləri nəticəsində, Misirdə aparılan danışıqların yekunu olaraq mümkün olub.

Atəşkəsin elan olunması müsbət haldır. Onsuz da sülh bir anda əldə edilə bilməz. Sülh yolunda atəşkəs mühüm bir mərhələdir. Lakin bunu da nəzərə almaq lazımdır ki, atəşkəs hələ sülh demək deyil. Bu addım, Qəzzada baş verən dağıntıların və humanitar fəlakətin dayandırılması baxımından çox önəmlidir.

Sülhün təmin olunması üçün uzun və mürəkkəb bir prosesdən keçmək lazımdır. 80 ildən çoxdur ki, bu münaqişə davam edir və dayandırılması üçün ciddi diplomatik səylər tələb olunur”.

Politoloq vurğulayıb ki, atəşkəs cəsədlərin mübadiləsi və mərhələli şəkildə İsrail ordusunun geri çəkilməsi kimi addımların həyata keçirilməsinə imkan yaradır.

Lakin sual yaranır: bu proses Qəzzada Həmasın mövcudluğuna son qoyacaqmı, yoxsa Həmas öz mövcudluğunu qoruyacaqmı? Eyni zamanda, bu addımlar iki dövlət prinsipinin reallaşmasına gətirib çıxaracaqmı?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövzuya münasibət bildirərək, iki dövlət prinsipinə və Fələstin dövlətinin yaradılmasına qədər mübarizənin davam edəcəyini vurğulayıb.

Tarixi baxımdan, BMT Təhlükəsizlik Şurasının 1947-ci ildə qəbul etdiyi qətnamənin reallaşması yalnız bu prosesin sonu ola bilər. İndiki mərhələdə atəşkəs sülhə doğru atılmış uğurlu bir addımdır.

Atəşkəsin nə qədər davam edəcəyi və sülhə aparıb-aparmayacağı isə gələcəkdə atılacaq addımlar və baş verəcək proseslərdən asılıdır. Lakin ən azı müvəqqəti olsa da, bu, qarşıdurmalara, partlayışlara və humanitar fəlakətə son qoyursa, öz-özlüyündə böyük uğurdur. Bu uğuru qorumaq və davam etdirmək isə tərəflərin iradəsindən asılıdır”-deyə politoloq fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri