İsrail XİN rəhbəri: Azərbaycanla əlaqələri gücləndirməyə davam edəcəyik
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar Bakıda yəhudi icmasının liderləri ilə görüşüb.
APA xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri sosial şəbəkə hesabında bildirib.
"Bu gün Azərbaycanda ölkənin müsəlman əhalisi ilə yanaşı, qarşılıqlı hörmət şəraitində, dini dözümlülük və ibadət azadlığının qorunması fonunda təxminən 30 min yəhudi yaşayır.
Nəsillər boyu Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi, yəhudi icmasına rifah və təhlükəsiz həyat imkanı yaradan bir ölkə kimi nümunə və model olub.
Mən iki ölkə arasındakı əlaqələrə inanıram. İsrailə köç etmiş böyük yəhudi icması və Azərbaycanda qalan yəhudilər bir çox sahələrdə getdikcə möhkəmlənən münasibətlər üçün güclü bir insani körpü təşkil edir. Bu əlaqələri gücləndirməyə davam edəcəyik", - XİN rəhbəri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















