Hakan Fidanın Fransa xarici işlər naziri ilə müzakirə edəcəyi məsələlər açıqlandı
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə xarici işlər naziri Hakan Fidan fransalı həmkarı Jan-Noel Barro ilə Ukrayna, Suriya, Qəzza zolağı və Avropa İttifaqı (Aİ) ilə münasibətləri müzakirə edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Fransa xarici işlər nazirinin Türkiyəyə yanvarın 27-nə planlaşdırılıb.
Hakan Fidan danışıqlar zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq, ədalətli və davamlı sülhə nail olmaq üçün diplomatik səylərin davam etdirilməli olduğunu vurğulamağı planlaşdırır. Türkiyə də sülh prosesinə mümkün töhfəni verməyə hazırdır.
Nazirlər həmçinin Qəzzadakı vəziyyəti müzakirə edəcəklər. Hakan Fidan qeyd etmək niyyətindədir ki, Qəzza sülh planının ikinci mərhələsinə keçid və Türkiyənin daxil olacağı mexanizmlərin müəyyən edilməsi vacib addımlardır.
Suriya məsələsi kontekstində Fidan Barroya xatırladacaq ki, Suriyada baş verən son hadisələr bu ölkənin ərazi bütövlüyü və birliyinin qorunmasının vacibliyini vurğulayır və Türkiyənin milli təhlükəsizliyi üçün çox vacibdir. Ankara atəşkəs sazişinin tam şəkildə həyata keçirilməsi və PKK terror təşkilatının qanadı SDQ-nin Suriya ordusuna inteqrasiyasını izləməyə davam edəcək.
Nazirlər Türkiyə-Aİ münasibətlərini də müzakirə edəcəklər. Hakan Fidan vurğulamaq niyyətindədir ki, bu münasibətlər bəzi Aİ üzvləri üçün daxili siyasi gündəm məsələsidir, amma buna strateji perspektivdən baxmaq vacibdir. Fidan Türkiyənin Aİ-nin hərbi sənayenin inkişafı strategiyasına daxil edilməsinin ittifaqın rəqabət qabiliyyəti və strateji suverenliyini gücləndirmək üçün çox vacib olduğunu bəyan edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















