İsrail XİN rəhbərinin sözləri İspaniyada etiraz doğurub
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İsrailin müvəqqəti işlər vəkili ölkənin xarici işlər naziri Gideon Saarın açıqlamalarına etiraz əlaməti olaraq İspaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.
Bu barədə "Report" "Al Arabiya"ya istinadən xəbər verir.
"İsrailin xarici işlər nazirinin İspaniya və baş nazirlə bağlı verdiyi qəbuledilməz bəyanatlarına etiraz etmək üçün bu ölkənin İspaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili bu gün səhər saatlarında XİN-ə çağırılacaq", - XİN-in bəyanatında deyilir.
Bazar ertəsi Gideon Saar "X" sosial şəbəkəsində canlı yayım zamanı İspaniya hökumətinin başçısı Pedro Sançesi "antisemit və yalançı" adlandırıb. Bu bəyanat baş nazirin Madriddə Fələstin tərəfdarlarının keçirdiyi kütləvi etirazları dəstəkləməsindən sonra verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Sentyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















