Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

İsraildə hər evdə raketə qarşı QALA kimi OTAQLAR FOTO

İsraildə hər evdə raketə qarşı QALA kimi OTAQLAR FOTO

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran-İsrail arasında atışma davam etməkdədir. Son beş gün ərzində İsrail hakimiyyəti bu münaqişə səbəbindən dəfələrlə vətəndaşlarına “sığınacaqlara gedin” çağırışı edib. Bu çağırışlar ölkənin müxtəlif bölgələrində artan raket hücumları təhlükəsi ilə bağlı edilir.

Tribunainfo.az xəbər verir ki, əhalinin gizləndiyi bu sığınacaqlar maraq doğurur. İsrail qanunvericiliyinə əsasən, 1990-cı illərin əvvəllərindən etibarən inşa edilən bütün yaşayış binalarında xüsusi sığınacaq otağının olması məcburidir.

Bu qanun 1991-ci ildə, Birinci Fars körfəzi müharibəsi zamanı İraqdakı Səddam Hüseynin İsrailə SCUD raketləri atmasından sonra qəbul olunub. Məhz həmin dövrdən sonra İsrail sığınacaq infrastrukturunu ciddi şəkildə gücləndirməyə başlayıb.

İsraildə hazırda müxtəlif adda, formada və üslubda sığınacaqlar var.

“Mamad” adlı otaqlar:

Bu, “merxav mugan dirati” – yəni “fərdi mühafizə olunmuş yer” deməkdir. Yeni tikilən mənzillərdə bu otaqlar betondan hazırlanır, pəncərələri və qapıları gücləndirilmiş metal və xüsusi təzyiqə davamlı materiallardan düzəldilir. Otaq həm partlayışlara, həm də kimyəvi hücumlara qarşı müqavimət göstərə biləcək şəkildə dizayn olunur.

Kollektiv sığınacaqlar:

Köhnə binalarda və ya çoxmərtəbəli yaşayış komplekslərində ümumi istifadəyə verilmiş sığınacaqlar yerləşir. Bunlar adətən binaların zirzəmilərində olur. Hər bir yaşayış məhəlləsində və məktəblərdə kollektiv sığınacaqların olması tövsiyə edilir və bəzən qanunla tələb olunur.

İctimai sığınacaqlar:

Şəhər və kənd yerlərində, xüsusən də sərhədə yaxın ərazilərdə, dövlət tərəfindən inşa edilmiş açıq, ictimai istifadəyə verilmiş sığınacaqlar mövcuddur. Bunlar tez bir zamanda əlçatan olması üçün strateji nöqtələrdə yerləşdirilir – parklar, avtobus dayanacaqları, məktəblər və bazarlar kimi yerlərdə.

Mobil sığınacaqlar:

Raket hücumlarının intensivləşdiyi bölgələrdə, xüsusilə Qəzza sərhədinə yaxın kəndlərdə İsrail Müdafiə Qüvvələri və yerli bələdiyyələr tərəfindən metal konteyner formasında mobil sığınacaqlar quraşdırılır.

İsrailin hava hücumundan xəbərdarlıq sistemi – “Red Alert” və ya “Tzeva Adom” adlanır. Bu sistem vasitəsilə mobil telefonlara xəbərdarlıq siqnalları göndərilir və sirenlər səslənir. Reaksiya müddəti şəhərdən-şəhərə dəyişir:

Qəzzaya yaxın şəhərlərdə (Sderot kimi) vətəndaşların sığınacağa çatması üçün cəmi 10-15 saniyəsi olur.

Təl-Əviv və ətrafında isə bu müddət təxminən 1-1.5 dəqiqədir.

İsrailin sığınacaq infrastrukturu dünyanın ən inkişaf etmiş sistemlərindən biri hesab olunur.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 İyun 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri