Icma.az
close
up
RU
İsrailin İranın hərbi mərkəzlərinə zərbələri gözlənilən idi. İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyirdi

İsrailin İranın hərbi mərkəzlərinə zərbələri gözlənilən idi. İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyirdi

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İsrailin İranın hərbi mərkəzlərinə zərbələri gözlənilən idi. İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyirdi. ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu İranla danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq ABŞ və İran rəsmiləri arasında müxtəlif ölkələrdə keçirilən görüşlər nəticə vermədi. Bundan başqa İranın ali dini lideri Əli Xamanei Donald Trampın adını çəkmədən “Sən kimsən ki, bizə yol göstərirsən” kimi Ağ Ev sahibinə mesaj göndərmişdi. Bu o demək idi ki, Əli Xamanei nüvə məsələsiylə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinəydi. Bu durum Benyamin Netanyahunun işinə yarayırdı. İsrailin işinə yarayan daha bir hadisə baş verdi. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran əleyhinə qətnamə qəbul etdi. Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulandı. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirmədi. MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan etdi ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib. Qrossinin “İran bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana” açıqlaması İsrailə İrana qarşı düyməyə basmaq üçün kifayət etdi.

İsrail İrana zərbə endirmək üçün ABŞ Prezidenti Donald Trampın icazəsini alıb. İsrail hava zərbələrinə ara verməyəcək. İsrailin əsas məqsədi İranın nüvə silahı ələ etmək imkanından məhrum etməkdir. Bu baş verməyənə qədər İsrailin hava zərbələri davam edəcək. İran da İsrailə cavab zərbələri endirməyə çalışacaq. Ancaq İranın İsrailə zərbələrinin elə böyük effekti olmayacaq. Bunu ötən dəfəki qarşıdurma da göstərdi. İranın İsrailə atdığı raketlərin böyük əskəriyyəti havada vuruldu, İsrail hərbçiləri arasında ölən olmadı. İsrail bu dəfə də İran raketlərini və dronlarını İsrailin hava sahəsinə çatmadan vuracaq. ABŞ birbaşa müharibəyə qarışmayacaq, ancaq Pentaqon İranla əlaqədar İsraillə kəşfiyyat məlumatlarını bölüşəcək və İran raketlərinin və dronlarının ərəb ölkələrinin hava sahəsində vurulmasında İsrailə kömək edəcək. Əgər İran ABŞ-ın ərəb ölkələrindəki hərbi mərkəzlərinə zərbələr endirərsə, İran ABŞ-İsrail ittifaqı ilə üz-üzə qalacaq və bu İranın problemlərini artıracaq.

Bu müharibə nəticəsində İrandakı proseslərin iki istiqamətdə inkişafı mümkündür. İrandakı rejim ölkədə yaşayan xalqları ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq. Rejim bu üsuldan bir dəfə istifadə edib. 1979-cu ildə İslam inqilabından bir il sonra İraqla müharibə başladı. İranda hələ mövqelərini möhkəmlətməyən yeni rejim ölkədə yaşayan xalqları ümumi düşmənə qarşı mübarizəyə kökləyə bildi. Rejim bu dəfə də belə etməyə çalışacaq. Ancaq hadisələrin ikinci istiqamətdə inkişafı da mümkündür. Müharibə nəticəsində İranda mərkəzdənqaçma meylləri güclənə bilər. İsrailin istəklərindən biri də budur.

Azərbaycan İrandakı hadisələrin müxtəlif ssenariləri üzrə inkişafına hazır olmalıdır. İrandakı soydaşlarımız müharibədən qorunmaq üçün Türkiyə və Azərbaycana üz tuta bilərlər. Bu halda soydaşlarımıza sığınacaq verməli olacağıq. Müharibənin bu həddə çatmasını arzulamırıq. Digər tərəfdən Azərbaycanda təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yaranıb. Çünki, İranın mühafizəkar dairələr radikallaşaraq ABŞ və İsraillə əməkdaşlıq edən bölgə ölkələrinə qarşı “addımlar” ata bilərlər.

Elxan Şahinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 İyun 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see195

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see185

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see183

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see153

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see148

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see145

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see144

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see142

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see141

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see140

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see132

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see126

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see123

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri