Icma.az
close
up
RU
İsrailin məqsədi ABŞ dən bir qədər fərqlidir ŞƏRH

İsrailin məqsədi ABŞ dən bir qədər fərqlidir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Turan Rzayev: "Tel-Əviv, İranla bağlı məsələlərdən yalnız rejim dəyişikliyi və ölkənin parçalanmasından sonra əl çəkə bilər”

İranla ABŞ və İsrail arasında fevralın 28-dən etibarən başlayan müharibə gərgin müstəvidə davam edir. Müharibədən ən çox əziyyət çəkən tərəf isə silahsız mülki əhalidir. Rəsmi məlumatlara görə, fevralın 28-dən indiyə qədər İranda 1255 nəfər həyatını itirib.

Regiondakı münaqişə insan təlafatı ilə yanaşı, dünya iqtisadiyyatına da ciddi təsir göstərir. Sürətlə yüksələnən qiymətlər, qlobal bazarı çalxalamağa davam edir. Hər kəs müharibənin nə zaman bitəcəyinə dair suallara qapılıb. ABŞ prezidenti Donald Tramp "The Times of Israel" qəzetinə verdiyi müsahibədə, İrana qarşı hərbi əməliyyatın dayandırılması barədə qərarın İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə verəcəklərini açıqlayıb. Lakin bu qərarın nə zaman veriləcəyi sual altındadır.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, prinsip etibarilə ABŞ İsrailin təhriki ilə İrana qarşı müharibə başladı: 

“Müharibənin başlanmasında əsas səbəb İsrailin təhlükəsizlik narahatlıqlarıdır. Mövcud mərhələdə müharibənin dayandırılması üçün tərəflərin müəyyən ortaq məxrəcə gəlməsi zəruridir. Çünki uzunmüddətli hərbi qarşıdurma nə iqtisadi, nə də hərbi baxımdan tərəflərin maraqlarına uyğun gəlir. Məsələn, Rusiya-Ukrayna müharibəsinin uzadılması, Rusiyanın iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır. Lakin Amerika müharibəni uzatmaqda maraqlı deyil”.

Politoloqun sözlərinə görə, rəsmi Tehran, İsrailin nəzarətini qəbul etmədiyi müddətcə, mübahisəli proseslər davam edəcək:

“Vaşinqton əsas hərbi obyektlərə zərbələr endirdikdən sonra “qalib tərəf” imici formalaşdıraraq, müharibədən sülh prosesi çərçivəsində, çıxmağa çalışır. Lakin ABŞ və İsrail hələ müharibədən arzuladıqları nəticələri ala bilməyiblər. Bu vəziyyət gələcəkdə İran əleyhinə bənzər hərbi-siyasi senarilərin yenidən gündəmə gələ biləcəyindən xəbər verir. İsrailin məqsədi isə ABŞ-dən bir qədər fərqlidir. Tel-Əviv, İranla bağlı məsələlərdən yalnız rejim dəyişikliyi və ölkənin parçalanmasından sonra əl çəkə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Mart 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri