Icma.az
close
up
RU
İran nə qədər dözəcək, İsrailin planı nədir? ŞƏRH

İran nə qədər dözəcək, İsrailin planı nədir? ŞƏRH

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İran-İsrail savaşının ömrü, əgər digər dövlətlər qoşulmasa bir həftəni keçməyəcək. Çünki hər iki tərəfin bəlli resursu var”.

Bu fikirləri siyasi şərhçi Fikrət Fəraməzoğlu Tribunainfo.az-a İran-İsrail münaqişəsini şərh edərkən deyib.

O bildirib ki, İran və İsrail uzunmüddətli müharibə aparmaq imkanı yoxdur. “Düzdür, hər iki ölkə müəyyən silahların istehsalçılarıdır. Lakin kənar dəstək olmadan, uzunmüddətli şiddətli savaş apara bilməzlər. İndiki məqamda İranın imkanları daha da məhduddur. Sanksiya altında olduğundan bir çox texniki vasitələrə əli çatmır. İsrail isə bu dəstəyi ABŞ və Avropadan ala bilər. Avropanın başı Ukrayna savaşına qarışdığından silah yardımı edə bilməyəcək. ABŞ-da bir müddətə qədər dəstəyini verə bilər”.

Fəraməzoğlu hesab edir ki, iki ölkə arasında savaş başa çatsa da, qarşılıqlı təxribatlar davam edəcək. “Bura terror aktları, sabotajlar və sairə daxildir. Hər ikisinin bu sahədə yetərli qədər təcrübələri var”.

Siyasi şərhçi qeyd edib ki, İran və İsrail arasında quru döyüşlərin olma ehtimalı yoxdur. “Quru döyüşləri olmayacaq. İranın ərazisində nəticəli əməliyyatlar keçirmək üçün minimum 4 milyon əsgər lazımdır. İsrailin, hətta ABŞ-ın belə bu qədər resursu yoxdur. Həmçinin heç kim, böyük itkilərə səbəb olacaq belə addım atmayacaq”.

O vurğulayıb ki, İsrail faktiki olaraq mülki əhalini vurmur. “Böyük ehtimalla da vurmayacaq. Çünki bu planlarının pozulmasına gətirib çıxaracaq. Əgər İran şəhərləri Qəzzadakı kimi bombalanarsa, müxalif olanlar da molla rejiminə dəstək verəcək”.

Onun sözlərinə görə, İsrailin strateji hədəflərindən biri İranın daxilində etirazlara səbəb olmaqdır. “Yəni, İsrail bununla ölkə içində narazı qüvvələri ayağa qaldırıb, onların əli ilə rejimi devirmək fikrindədir. Bunun üçün də mülki əhaliyə qarşı yönəlik addım atmayacaq. Əgər atarsa, bu uzun illərdən bəri hazırlanmış planın pozulmasına səbəb olacaq”.

Fəraməzoğlu deyir ki,  İsrail və müttəfiqləri savaşın ardından İranın içində kütləvi etirazların başlaması üçün bütün addımları atacaq. “Artıq bunun ilkin elementləri diqqəti çəkməyə başlayıb. Sosial şəbəkələrdə İran hakimiyyətinə qarşı çağırışlar getdikcə çoxalır. Müharibənin nəticəsindən asılı olaraq, iranlıların etiraza qalxıb, qaqlxmayacağı da bəlirlənəcək”.

Siyasi şərhçi İrandan böyük qaçqın kütlələrinin qonşu ölkələrə aqxışacağı barədə fikirləri də qəbul etmir. O hesab edir ki, bunun üçün zəmin yoxdur. “İrandan qaçqın ordusu gəlməyəcək. İran əhalisi ölkə içində miqrasiya edəcək, amma xarici ölkələrə üz tutmayacaq. Qaçqın ordusunun yaranması üçün faktiki olaraq, zəmin yoxdur”.

Türkiyə sərhəddində minlərlə iranlının toplaşaraq, qardaş ölkəyə keçməsi məsələsinə gəlincə, Fəraməzoğlu deyib ki, bu, qaçqın anlamına gələn məsələ deyil. “O adamların böyük qisminin Türkiyədə evləri var. Onlar sadəcə, mövcud təhlükəni nəzərə alaraq, öz maddi imkanları ilə birlikdə ölkəni müvəqqəti tərk edirlər. Müharibə başa çatdıqdan sonra gedir dönəcəklər. Yəni, bu adamları Suriyadan qaçanlarla eyniləşdirmək olmaz”.

Siyasi şərhçi yekunda İran-İsrail savaşının Güney Azərbaycanın ayrılmasına səbəb olub-olmayacağı məsələsinə də rəy bildirib. “Belə fikirlər çoxdan var. Lakin əsaslandırılmış deyil. Əgər kimsə ümid edirsə ki, bu proses Güney Azərbaycanın ayrılması və müstəqil olmasına səbəb olacaq, ciddi yanılır. Dünyanın böyük gücləri bölgədə 90 milyonluq Türkiyədən sonra ikinci 50 milyonluq bir türk dövlətinin yaranmasına imkan verməz. Həmçinin dünya üçün vacib olan çox ciddi logistikanın türk dövlətlərinin nəzarətində olmasına razılaşmaz”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:323
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 İyun 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri