Icma.az
close
up
RU
İsrailin məqsədi nədir?: Siyasi hegemonluğa nail olmaq, yoxsa... ŞƏRH

İsrailin məqsədi nədir?: Siyasi hegemonluğa nail olmaq, yoxsa... ŞƏRH

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə alovlanan gərginlik yalnız silahların səsi ilə deyil, həm də diplomatik meydanlarda gedən mübarizələrlə müşayiət olunur. Bir tərəfdə İsrailin bölgədə hakimiyyət qurmaq, təhlükəsizliyini təmin etmək və daxili siyasi mövqeyini gücləndirmək cəhdləri dayanır, digər tərəfdə isə Fələstin xalqının mübarizəsi və beynəlxalq ictimaiyyətin parçalanmış mövqeyi görünür. ABŞ-ın açıq dəstəyi, Avropa dövlətlərinin narahat reaksiyaları, ərəb ölkələrinin isə birləşməkdə çətinlik çəkməsi bu mənzərəni daha da mürəkkəbləşdirir.

Bütün bunların fonunda sual yaranır: bölgədə davam edən bu qarşıdurma kimin məqsədlərinə xidmət edir və proses hansı istiqamətdə inkişaf edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, bölgədə hakimiyyəti təmin etməklə Netanyahu həm də öz daxili nüfuzunu və ölkə daxilində olan reytinqini yüksəltmək niyyətindədir:

"Eyni zamanda ərəb dövlətləri arasında vahid mövqeyin olmaması da xüsusi diqqət çəkir. Xüsusilə Fransanın, Böyük Britaniyanın bu xüsusda bir sıra neqativ düşüncələri var. İspaniyanı da bu sıraya aid edə bilərik".

İlyas Hüseynov: İsrail öz siyasi və geosiyasi məqsədlərinə nail olmayınca bu prosesdən geri çəkilməyəcək

Politoloq İsrailin Qəzzanı tam ələ keçirmək istiqamətində fəaliyyətini genişləndirdiiyni və bundan öncə də bu niyyətin ifadə olunduğunu xatırladıb: 

"Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahunun daxildə ciddi narazı kütlələrin olması da bir reallıqdır və bu da işin ən çətin və qəliz tərəflərindən biridir. Çünki HƏMAS həm daxili resursları, həm də kənar dəstək gücü hesabına ayaqda qalmaq savaşını həyata keçirir. Amma hesab edirəm ki, bu heç də asan olmayacaq".

Onun sözlərinə görə, Türkiyə tərəfi şübhəsiz ki, Fələstin xalqının azadlığı, müstəqilliyi və BMT qərarları, beynəlxalq hüquq çərçivəsində bölgədə iki dövlətin varlığı və mövcudluğu kontekstindən çıxış edir:

"Xüsusilə 7 oktyabr hadisələrindən sonra İsrailin baş naziri Benjamin Netanyahu bölgədə təhlükəsizliyi təmin etmək üçün bölgəyə tam nəzarətin ələ keçirilməsinin önəmini bildirirdi. Hazırda bu əməliyyatın genişlənməsi həm də ABŞ-ların siyasi dəstəyi ilə həyata keçirilir və davamlı görüşlər, təmaslar, müxtəlif müzakirələr Təl-Əviv və Vaşinqton arasında uzlaşmanın formalaşmasına gətirib çıxardı. Amma şübhəsiz ki, burada bir sıra dövlətlər, hətta Avropa dövlətləri baş verən hadisələrlə bağlı narahatlıqlarını ifadə edirlər. Lakin belə görünür ki, İsrail öz siyasi və geosiyasi məqsədlərinə nail olmayınca bu prosesdən geri çəkilməyəcək".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri