İsrailin Qəzzaya yönələn hücumlarında 7 fələstinli həlak OLDU
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İsrail ordusunun Qəzza şəhərinə endirdiyi hücumlar nəticəsində 7 fələstinli həyatını itirib.
Redaktor.az xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusunun Qəzza şəhərinin qərbindəki Şeyx Rıdvan məhəlləsində yerləşən "əl-Meleş" adlı binanı hədəf alması nəticəsində 5 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Qəzza şəhərinin Ət-Tuffah məhəlləsində yerləşən əl-Mahatta məscidi yaxınlığında İsrail ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) bir qrup mülki şəxsi hədəf alması nəticəsində azı 2 nəfər həyatını itirib, yaralananlar var.
Qeyd edək ki, İsrail ordusunun 14 aydır Qəzza Zolağına davam edən hücumları nəticəsində on minlərlə insan həlak olub, yüz mindən çox insan yaralanıb.
Seymur BƏNNAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 Dekabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















