Icma.az
close
up
RU
İsrailin Sənaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 6 ya çatıb YENİLƏNİB 2 VİDEO

İsrailin Sənaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 6 ya çatıb YENİLƏNİB 2 VİDEO

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 6-ya çatıb.

APA xəbər verir ki, bu haqda “Ənsar Allah” hərəkatının Səhiyyə Nazirliyi məlumat yayıb.

Hücumlar zamanı yaralananların sayı isə 86 nəfərə çatıb.

Bundan əvvəl 4 nəfərin öldüyü, 67 nəfərin yaralandığı bildirilirdi.

***

19:06

İsrail Hərbi Hava Qüvvələrinin Sənaya endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Hava zərbələri zamanı 5 nəfər də yaralanıb.

***

saat 18.34

İsrail Ordusu Yəməndə Prezident Sarayının yaxınlığına, “Asar” və “Xəziz” elektrik stansiyalarına və husilərin ballistik raketlər yerləşdirdiyi ehtimal olunan obyektlərə hava zərbəsi endirib.

APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, Prezident Sarayı Sənada hərbi obyektlərin yaxınlığında yerləşir. “Asar” və “Xəziz” elektrik stansiyalarının isə husilərin fəaliyyəti üçün vacib elektrik təchizatı obyektləri olduğu bildirilib.

***

saat 17.33

İsrail Hərbi Hava Qüvvələri Sənada yanacaqdoldurma məntəqəsi və elektrik stansiyasına zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Yəmən Neft Şirkətinin yanacaqdoldurma məntəqəsinə və “Xəziz” elektrik stansiyasına hücum edilib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

***

saat 17.10

Bu gün İsrail Ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

APA-nın xəbərinə görə, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Sənada partlayışlar baş verib.

Yəməndə husilərə bağlı media qurumları İsrailin Sənaya hava hücumunda neft anbarını hədəfə aldığını açıqlayıb.

“Maariv” agentliyi isə Hodeyda və Sənada partlayışların olduğu barədə məlumat yayıb.

Bu arada “The Times of Israel” Israil Ordusuna istinadən avqustun 25-də Yəməndəki husi qruplaşmasının ilk dəfə İsrailə kaset bomba başlıqlı ballistik raketlə zərbə endirdiyi barədə məlumat yayıb. Raket Cinaton şəhərində evə düşüb və dağıntıya yol açıb.

https://twitter.com/lshrny114606/status/1959599880479158396

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Avqust 2025 05:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri