İsrailin zərbələri təkcə iranlı alimləri deyil, onların ailələrini də hədəfə alıb SENSASİON DETALLAR AÇIQLANDI KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin son hava zərbələri nəticəsində yalnız İranın nüvə proqramında iştirak edən mütəxəssislər deyil, onların ailə üzvləri – qadınlar və uşaqlar da həlak olub. Bu barədə məlumatı İran mənbələri yayıb.
KONKRET.az xəbər verir ki, həlak olanlar arasında Kaşan şəhərindən olan nüvə alimi Mostəfa Sədati-Armaki də var. İran mediasının yazdığına görə, zərbə nəticəsində onun həyat yoldaşı Fəhimə Moqimi, 15 yaşlı qızı Rehyane, 8 yaşlı Fatimə və 5 yaşlı oğlu Əli də öldürülüb.
Bundan əlavə, daha bir nüvə mütəxəssisi – İsara Təbatəbai-Kamşe də həyat yoldaşı ilə birgə İsrailin hava hücumu nəticəsində həlak olub.
Qeyd edək ki, bir neçə gün öncə İran mediası Məhəmməd Rza Sədikinin də İsrailin hücumu nəticəsində öldüyünü təsdiqləmişdi. Həmin hücumda onun oğlunun da yaşadığı mənzildə həlak olduğu bildirilir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 24 İyun 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















