İsraillə müharibənin ilk günündə öldürüldüyü xəbəri çıxan SEPAH Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani sağdır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin komandanı, general İsmayıl Qaani sağdır.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Qaani İsrail və İran arasında atəşkəsdən sonra bu gün Tehranda keçirilən mitinqdə iştirak edib.
“Tasnim” mitinqdə iştirak edən Qaaninin görüntülərini də paylaşıb.
Qeyd edək ki, “New York Times” 13 iyunda İsrailin İrana hücumlarında İsmayıl Qaaninin öldüyü barədə xəbər yaymışdı.
Əlavə edək ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Şamxaninin də müharibənin ilk günlərində öldüyü xəbəri yayılmış, sonradan onun sağ olduğu məlum olmuşdu. Məlumatda o da bildirilirdi ki, İsrailin hücumu zamanı ağır yaralanan Şamxaninin vəziyyəti stabildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 İyun 2025 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















