Icma.az
close
up
RU
Paşinyanın manevri və alveri: Ermənistan üçün pis aqibət

Paşinyanın manevri və alveri: Ermənistan üçün pis aqibət

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlər Ermənistan Baş naziri Nikol Paşinyanın siyasi mövqeyində mütəmadi manevrlər etməsi diqqətdən qaçmır. ABŞ-da Co Bayden hakimiyyəti dövründə o, Qərbə inteqrasiya və müxtəlif ittifaqlara üzvlüklə bağlı iddialı bəyanatlarla çıxış edirdi. Lakin Donald Trampın yenidən ABŞ prezidenti vəzifəsinə qayıdışı fonunda Paşinyanın mövqeyində sürətli dəyişikliklər müşahidə olunmağa başlayıb.

Onun Rusiyada keçirilən 9 May Qələbə Paradında iştirakı da müxtəlif suallar doğurur. Bu gediş Paşinyanın hələ də Putinlə münasibətləri qoruyub saxlamaq istədiyini göstərir.

Ermənistan Baş naziri Nikol Paşinyanın siyasi manevrləri nəyə hesablanıb?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, dünyada siyasi proseslər sürətlə dəyişir və bu dəyişikliklər Ermənistanın geosiyasi mövqeyinə də birbaşa təsir edir:

“Dəyişən dünya düzənində Paşinyan hakimiyyəti düzgün mövqe tutmağa çalışır. Lakin görünən odur ki, Ermənistan bu prosesdə ortada qalıb, nə Qərbə, nə də Rusiyaya tam yaxınlaşa bilir. Baydenin prezidentliyi dövründə ABŞ Ermənistana ciddi dəstək verirdi. Ayrılan maliyyə yardımları və digər siyasi təşəbbüslər bunun sübutudur. Fransa da eyni xətt üzrə rəsmi İrəvanı dəstəkləyirdi. Bayden hakimiyyətinin sonlarına yaxın ABŞ və Ermənistan arasında siyasi müttəfiqlik xartiyası imzalandı. Bu sənədə əsasən, ABŞ nümayəndələrinin Ermənistan sərhəd və gömrük sistemində dəstək verməsi nəzərdə tutulurdu. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, bu xartiya faktiki olaraq unudulub, heç bir real addım atılmır”.

Politoloqun fikrincə, ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə siyasi prioritetlər dəyişib:

“Tramp dövründə Rusiyaya qarşı mübarizə zəifləməyə başladı, nəticədə Rusiya-ABŞ münasibətlərində müəyyən normallaşma müşahidə olundu. Tramp hətta Putinə “diktator” deyilməsini qadağan etdi, əvəzində Ukrayna lideri Zelenskini “diktator” adlandırdı. Bu, siyasətdə 180 dərəcəlik dönüş idi. Bütün bu proseslər Ermənistan üçün vəziyyəti daha da çətinləşdirir. Doğrudur, Ermənistan parlamenti Aİ-yə inteqrasiya ilə bağlı qərar qəbul etdi. Lakin dərhal Rusiya baş nazirinin müavini açıqlama verdi ki, əgər bu baş verərsə, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Çünki bu iki quruma eyni vaxtda üzvlük mümkün deyil”.

Elşad Həsənov

Politoloq əlavə edib ki, Ermənistan illərdir “iki stulda oturmaq” siyasətini yürüdür:

“Ermənistan Aİİ-yə üzv olaraq Rusiya ilə gizli iqtisadi əlaqələr qurdu. Onlar Rusiyaya hərbi ləvazimatlar, çiplər və elektron qurğular göndərərək bu prosesdən ciddi maliyyə qazancı əldə etdilər. Bu ölkə üçün olduqca böyük göstərici sayılan 14 milyard dollarlıq ticarət dövriyyəsi yaranıb. Bu fakt Ermənistanın həm Rusiya, həm də Kremlin düşmənləri ilə eyni anda əməkdaşlıq edə bildiyinin göstəricisidir. Hazırda isə yollar ayrılıb. Paşinyanı hakimiyyətə Qərb gətirib və bu səbəbdən o, qərbyönlü siyasət yürütməyə məcburdur. Amma eyni zamanda anlayır ki, ölkəsinin iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır. Bu səbəbdən Kremlin təsirindən tam çıxmaqda çətinlik çəkir”.

Elşad Həsənov qeyd edib ki, Paşinyanın siyasi davranışı da ziddiyyətlidir:

“O, artıq dördüncü dəfədir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarına qatılmır. Amma Qələbə Paradında iştirak etmək üçün Moskvaya getdi və bununla da Putinin yanında olduğunu nümayiş etdirməyə çalışdı. Bu davranış Ermənistanın ikili oyun siyasətinin və məkrli planlarının tərkib hissəsidir. Hazırda Paşinyanın devrilməsi istiqamətində müəyyən siyasi hərəkətliliyin başladığı ilə bağlı da siqnallar var”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri