İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz-üzə qalıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dövlət Su İşləri Baş İdarəsindən (DSİ) məlumat verilib.
Qeyd edilib ki, su barajlarında doluluq səviyyəsi günü gündən sürətlə azalır:
"Ölkədə hazırkı durum ötən ilin avqustun 14-ü ilə müqayisədə bu gün çox geriləyib. 14 avqust 2025-ci il tarixinə olan məlumata əsasən, yağıntılar əvvəlki dövrlə müqayisədə 27,7 faiz azalıb. Bu səbəbdən Türkiyə üzrə su barajlarında cəmi 39,8 milyard kubmetrə şirin su qalıb. Bu, 2024-cü ilin eyni dövründə 49,8 milyard kubmetr olub".
DSİ-dən bildirilib ki, ölkənin üç böyük şəhərin barajlaırnda da ürəkaçan vəziyyət yoxdur: "İstanbulu içməli su ilə təmin edən barajların doluluq səviyəsi hazırda 48 faizdən aşaöı enib. Bu doluluq nisbəti İstanbulun dörd aylıq içməli suyunun qaldığını göstərir.
Ankaranın bəndlərində isə keçən il bu vaxtı 32,8 faiz olan doluluq nisbəti bu il 9,3 faizə düşüb. Ən təhlükəli durum isə İzmirdədir. İzmirdə bəndlərin doluluq faizi 4,1 faizə düşüb. Əgər su israfı və qənaət rejiminə keçilməsə, üstəlik, yaışlar olmasa, böyük şəhərlər ciddi su sınağı ilə qarşılaşacaq"
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 15 Avqust 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















