İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb.
Bakıvaxtı.az xəbər verir kİ. bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Nazirlik boğazda görmə qabiliyyətini xeyli azaldan sıx duman səbəbindən gəmilərin hər iki istiqamətdə hərəkətinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Açıqlamada səhər saatlarından etibarən müşahidə edilən dumanın dəniz nəqliyyatı üçün risk yaratdığı qeyd edilir:
"Görünmənin məhdudlaşması (duman) səbəbindən Boğaziçidə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb".
Səlahiyyətlilər hava şəraiti normallaşdıqdan sonra nəqliyyatın hərəkətinin bərpa olunacağını bildirib və ərazidə olan gəmi kapitanlarına diqqətli olmaları barədə xəbərdarlıq edib.
Qeyd edilib ki, İstanbulda duman xüsusilə Boğaziçi ətrafında cəmləşib və şəhər daxilində dəniz nəqliyyatında da aksamalara səbəb ola bilər.
Murad Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 02 Dekabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















