Icma.az
close
up
RU
“İstanbul görüşü müharibəni dayandıra bilər” RƏY

“İstanbul görüşü müharibəni dayandıra bilər” RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Türkiyənin görüşə ev sahibliyi etməsi təsadüfi deyil

“ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında İstanbulda planlaşdırılan görüş əslində təkcə nüvə proqramı ilə bağlı texniki müzakirə deyil, daha geniş geosiyasi gərginliklə bağlıdır”.

Sherg.az xəbər verir ki, bu sözləri fevralın 6-da İstanbulda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında keçiriləcək görüşü şərh edən siyasi şərhçi Ülviyyə Zülfiqar deyib. Siyasi şərhçi hesab edir ki, görüşün əsas məqsədi regional gərginliyi azaltmaq və xüsusilə Yaxın Şərqdə diplomatik dialoqu gücləndirməkdir:

“Son aylarda Yaxın Şərqdə artan risklər, ABŞ-ın regiondakı hərbi mövcudluğu və İranın proseslərə təsir dairəsi və s. bu danışıqları daha da mühüm və həssas edir. Bu baxımdan görüşün keçirilməsi faktının özü belə artıq müsbət siqnal kimi qiymətləndirilə bilər”. 

Ü. Zülfiqar hesab edir ki, Türkiyənin görüşə ev sahibliyi etməsi təsadüfi deyil: “Rəsmi Ankara həm NATO üzvü, həm də hər iki tərəflə açıq diplomatik kanalları olan nadir ölkələrdəndir. Türkiyə uzun illərdir ki, Qərblə İran arasında dialoq platforması rolunu oynaya bilir. Rusiya- Ukrayna məsələsində də biz Türkiyənin bu cür uğurlu siyasi platforma rolunu oynadığını görürük. Bu balanslaşdırılmış mövqe qeyd olunan bütün istiqamətlərdə danışıqların daha rahat və siyasi təzyiqsiz mühitdə aparılmasına imkan yaradır. Bu görüşün əsas məqsədi dərhal yeni nüvə sazişi imzalamaqdan daha çox, qarşılıqlı etimadın bərpası və eskalasiyanın qarşısını almaqdır. ABŞ üçün əsas prioritet İranın nüvə fəaliyyətini nəzarətdə saxlamaq və regionda müharibə riskini azaltmaqdır. İran üçün isə əsas məsələ sanksiyaların yumşaldılmasıdır. Bu mənada Türkiyənin vasitəçi platforma rolu həqiqətən də müharibə ehtimalını azalda biləcək faktorlardan biridir. Dialoq kanallarının bağlanması müharibələrə yol aça bilir. İstanbul görüşü isə göstərir ki, bütün gərginliklərə baxmayaraq, tərəflər hələ də danışmağa cəhd edə bilirlər. Bu isə hazırki vəziyyətdə gərginliyin yaşandığı istiqamət üçün ən ümidverici məqamdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see515

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see254

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see246

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see243

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see235

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see229

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see226

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see223

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see210

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see209

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see207

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see200

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see196

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see196

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see193

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see190

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see185

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see182

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see181

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri