Icma.az
close
up
RU
İstanbul reysi Xosrov Natil yazır

İstanbul reysi Xosrov Natil yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xosrov NATİL

16 ildən artıqdı, təcili tibbi yardım maşınının "sos" səsi, ilin on iki ayı gecələr beynimi vahimə və qorxu sirenası ilə doldurmuşdu. Sevgi ümidini tibbi xərəkdə məchulluğa daşıyan bu avtolar mənim və doğmalarımın üzündəki təbəssümü də özü ilə aparmışdı.

16 ildən artıqdı - soyuq havalardı. Gecələr göy üzü ulduzsuz, məşəqqətlidi. Üzlər, gözlər kədərli, sifətimiz susqun. Demək ki, gülmək bizim üçün deyilmiş, ha istədim bizə təbəssüm yaraşmadı. Görünür, Tanrı belə istəmişdi.

İllər yanımızdan dabanqırma ötüb keçirdi.

Həyat davam edirdi, insanlar sevirdi, sevinirdi, gülürdü, əylənirdi. Musiqi səslənirdi, toyda-düyündə qol götürüb oynayırdı adamlar.

Həyat həblər kimi çox acı dadırdı.

Başımdakı səs-küy səngimək bilmirdi.

lll

Bir qərib axşamdır Pirədəbildə. Şabranın böyük bir vadisinin sıralanmış ikiqatlı koteclərində sakitlik var.

Bu sakit, geniş ərazi ürəyimcədir...

Bir həftəlik istirahət...

Futbol meydançası kimsəsizlikdən küsüb...

Yaxınlıqda iki xanım əyləşib, oturacaqlardan gözümü yayındırıb futbol topunun olub-olmadığını dəqiqləşdirmək fikriylə idman paltarında təşər-təşər irəliləyirəm. Xanımlardan biri üzünü mənə tutub "Siz bu yaradıcılıq evinə nə adla gəlmisiniz" - deyə soruşur. Özümü təqdim edirəm, kütləvi tədbirlərdən qaçaq olduğum üçün, ya da bəlkə gözəgirən olmadığımdan tanımırlar - axı, qəzetlər məni tanınmış yazıçı-şair hesab edirdilər.

Düzü, mən də onları tanımıram, heç imzalarını da xatırlaya bilmirəm...

Tanış oluruq.

Bir neçə saat sonra onlarsız darıxıram. Oğrun-oğrun pəncərələrinə tərəf baxıram. Heç nə görmürəm. Pəncərələr örtülü, işıqlar söndürülü...

...Sosial şəbəkədən yazılarına göz atıram. Qiraət istedadına heyran oluram. Təəccüblənmirəm - səmimi, daxilən azad və açıq fikirli insanlar qəbul edilən və seviləndilər.

...Dostcasına çay süfrəsi arxasında otururuq. Beləcə, bir neçə gün ədəbi mövzuların və zövqlərin əyər-əskiyini öz düşüncəmiz boyunca təftiş edirik.

...Vaxt çatır, ayrılırıq.

...Dostlarımızdan birinin arabasına minib getdilər. Yalnız bircə dəfə ayrılıq zamanı O-nun əlindən öpdüm. Bu yüngül təmas poetik hisslərimi bilgisayarımın klavdişində beynimə həkk elədi:

əllərinin şəklini göndər mənə, əzizim,

hər gün öpüb qoyaram gözlərimin üstünə.

lll

Yüz gün keçdi, münasibətlərimiz istiləşdi, gündəliyimdə bir vadinin gözəli haqqında cümlələrin sayı artdı, adına Leyla dedim.

Və yenə şeir, yenə nəzm - yeni şeir, yeni nəzm.

Qarşıma çıxan qadın,

sən neçənci adamsan?

Sayğısız keçmə belə

məni də bir adam san.

Sənə qəribə gəlir

söylədiyim bu yazı.

Bəlkə yaşlı göstərir

saçlarımın bəyazı.

Mənim də, anam ölsün,

fəxr edirdi adımla.

Məni də sevirdilər

səndən əvvəl qadınlar.

Demə nə cür adamdı,

taleyiylə barışır.

Ta söyləmə, bu sevgi

haramıza yaraşır?

lll

Marifiydi, məniydim,

Mənsurəydi, Əliydi.

Bəri dur, deyim sənə

o biri ... mələyiydi.

Tək o idi ağlımda -

Şabranın mirvarisi.

Xoşbəxt idi o gecə

Pirədəbil vadisi.

Dodağımda donmuşdu,

söz dəlirdi köksümü.

Nərgizmi, süsənmidi,

yoxsa Lalə mövsümü?

Çiçək-çiçək yaş tökdü

budağından aşağı.

Qara xallı söyüdün

yarağı göy qurşağı.

Günəşin qürub çağı,

bir axşamın röyası.

Nağıl idi -

gözləri

yerin-göyün aynası.

...Pərdə-pərdə çəkildi

Aynası da göylərin.

Yanırdı işıqları

Yaxındakı evlərin.

...Bir gün əvvəl şeir axşamından qayıtdıq.

Boyu bərabəri seviləsi bu xanımdan tez aralanıb qaçdım. Özümü bir kimsəni sevməkdən yayındırıb qaçırdım, özümü sevgidən qoruyurdum, niyəsini bilmədiyim bu hisslər məni avtodayanacağa qədər tərk etmədi, birdən sifətimə əl qatıb yüngülcə sivirdim, ilahi mən onu bir daha görə biləcəmmi, geriyə - taksinin dönə biləcəyi yerə yüyürdüm, gec idi. Boş çantamı çiynimə atıb, əllərimi salladım.

...Soyuq idi, hava alanına getmək asan, qayıtmaq çətin olardı. Tərəddüd içində qalmışdım.

Uçaq İstanbula gedirdi.

...O getdi. Qulağıma şairin səsi gəldi:

"Gəncliyim qapıma gəlmişdi, qovdum,

dalınca ağlaya-ağlaya qaldım".

Və son

Feyxoa çiçəkləri gözəl olur, həm də qırmızı ləçəklərinin bəyaz çalarları onu daha da cazibədar edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see282

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see262

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see258

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see252

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see249

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see237

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see229

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see222

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see213

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see212

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see209

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see207

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see200

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see198

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see192

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see191

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see181

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see180

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see170

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri