Icma.az
close
up
RU
Yad şəhərin doğmalığı Xosrov Natil yazır

Yad şəhərin doğmalığı Xosrov Natil yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xosrov NATİL

Mənsurə Qaçayqızının şeirləri və "Yad şəhərin yuxusu" hekayələr kitabı haqqında bir-iki abzas

Əvvəl soyadını qəbul etmişdim, vaxtı ilə bir tanışımın adı keçmişdi bu soyadın içindən. Qaçayqızı imzası yaddaşıma söykənmişdi. Daha sonralar sosial şəbəkədən ("Yarpaq" ədəbiyyat saytından) bir neçə şeiri ilə tanış olmuşdum. İllah da şəhid anası haqqındakı o yazının havası qəlbimi qarsmışdı:

Gecələr evinin qapısı açıq,

Qapı bağlamağa əlləri gəlməz.

Birdən şəhid oğlu qayıdıb gələr

Qapısı döyülər, ana eşitməz.

Bəlkə ana olmağın ən sitəmli dövranı budur. Bunu ancaq analar anlar. Bəlkə bu da bir təsəlli, oğul düşmən çəpərimi? Ya oğul Vətən üçündür? Şeirlərin sırasını unutmuşam, amma "Şuşanın qızları Şuşaya getmir" deyimi bir zamanların ən çətin suallarını doğururdu, eynən Mənsurənin dediyi kimi:

Qırmızı koftalar qaradı indi

Təbiətin də rəngi Şuşada itir.

Bilirəm, yazı da daha yaz deyil,

Görəsən lalələr Şuşada bitir?

Və göy üzü, sadə bir həqiqət, tuta tamsınan kəndli nostaljisi:

Bir azdan silkələnəcək göy üzü...

buludda xətlər görünür.

Tut ağacının budaqlarına oxşayır

Yayda kənddə tut çırpardıq,

Ağ-şirin tutlar

Tamını hiss eliyirəm. 

Hə, bir də əlacsızlığın ən tutumlu nümunəsi, "Yenə şeh çiləndi yuxularıma" şeirindən bir bənd:

axır, pəncərənin o üzündən ay

Gözümdə gizlənən şehə tamaşa.

Baxır, əlindən heç nə gəlmir ki,

Qalıram bu gecə ayla baş-başa.

Bu tanış misralarla feysbuk səhifələrindən dinləmişdim, şeiri bütünlüklə Şabran vadisinin mirvari gözlü bir xanımı çox ifadəli oxumuşdu.

Mənsurə Qaçayqızının digər bir neçə misrası da yadıma düşür:

Son günlər adım yuxuma girir,

iri-iri hərflərlə MƏN-SU-RƏ.

Tanımadığım adlar içindən

özüm kimi dəli adım...

Beləcə, Mənsurə Qaçayqızının şeirlərinə etinasız qala bilmədim  və bu səbəbdən hekayələri haqqında deyəcəyimi sona saxladım.

Mənsurə Qaçayqızının "yad şəhərindən" bir kitablıq hekayə oxudum. Dar macalda hekayələri fasilələrlə, çox rahat oxudum və dinclik tapdım. Yad şəhər gözümdə doğmalaşdı.

Hekayələrdə hadisələr real həyat səhnəsidir. Hər kəs bu səhnənin müşahidəçisi, bəlkə də iştirakçısıdır. Bu yad şəhərin qəhrəmanları sadə, xeyirxahdır. Adamların içində işıq seli var. Adamlar bir-birinin taleyinə biganə deyil, onlar üçün narahat gecələr keçirirlər. Yuxuları o qədər də qorxulu deyil, zəlzələ qorxusu da yoxdu bu şəhərdə.

İnsanlar bir-birinə hörmət və izzət göstərmək üçün qarşılıqsız istəklidilər. Və bu insanların qəlb təmizliyi var. Bu yad şəhərdə insanlar rahat həyat yaşayırlar. Adamların bir-birinə qarşı doğma münasibəti var.

Hekayə qəhrəmanlarının yüksək mədəniyyəti və mərifəti elə yazıçının özünün əxlaqi keyfiyyətinin inikası saymaq olar. Və bu belədir.

Yazıçı (şair) təkcə qələmi ilə deyil, ruhu ilə də öz qəhrəmanlarının arxasındadır. Öz hüsnü-rəğbətini insanlardan gizlətmir. Amma bu şəhərdə sevgisiz yaşamaq bir məşəqqətdir. Qarlıdır, yağışlıdır.

"Yad şəhərin yuxusu"nun mesajları budur:

Ay kimi, su kimi təmizliyi görmək üçün Ay-su olmalısan, dostun uğurunu görmək üçün Ay-şən olmalısan ("Bir gül").

Hətta təsadüfən rastlaşdığın yad adamların taleyindən nigarançılıq keçirməlisən ("Yad şəhərin yuxusu").

Adamların çoxhərfli deyil, tək bir, A variantı var. Sev, ayrıl, amma düsturu budur, insan insanın dostudur ("A-dan B-yə").

Gözlərin görmürsə, qəlbinin gözüylə görməlisən ("Nənəmin rəfiqəsi").

Şam yandırın, axirətiniz işıqlı olsun. Və bir aforizm "işıq olmayanda adamın içinə qaranlıq çökər" ("Axirət gününün şamı").

Yad şəhərin dəlisi də bu şəhərə yad deyil ("Sevgi").

Bu şəhərin yüzüncü sökük evlərində də torpaq həsrəti yaşanır ("Torpaq ətri").

Cənnəti pulla almaq mümkün deyil ("Cənnətlə cəhənnəm arasında").

Qarlı günlər ilk sevginin xatirəsini yaşadır ("Qar dənələri").

Məzarın üstünə gizlicə gül qoymaq sevgidəndi ("Ziyarətçi").

Diplomun rəngi uğursuzluğa dəlalət etmir ("Qara diplom").

Və nəhayət şərəf, ləyaqəti qorumaq üçün cocuqlara bıçaq gərək deyil ("Yad").

Beləcə, son qənaətə gəldiyim fikrimi belə ifadə edərdim: əslində bu yad şəhər hamının şəhəridir - Bakıdır, Şəkidir, Gəncədir, Bərdədir - hamının doğma şəhəridir. Gecəsi də, gecə yuxusu da, gündüzü də, göy üzü də yad deyil, doğmadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri