Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

“Xəzan” çiçəkləri Xosrov Natil yazır

“Xəzan” çiçəkləri Xosrov Natil yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xosrov NATİL

Adını çoxdan eşitmişdim. O zaman Arazboyu kəndlərdə Vejnəlidən Qumlağa qədər “Rzaquliyev” soyadı mifik bir familiya idi. El-obaya çox sədaqətli, işinə məsuliyyətli, mətin firqəçi idi yoldaş Rzaquliyev. Çox adam onun adını bilməzdi; hamı üçün sadəcə Rzaquliyev idi. Çox rəsmi, ciddi biriydi Sədatqulu Rzaquliyev. Əli bəy Azərinin əmisi idi.

Atası Qurban kişi Əli bəyi hələ uşaqlıqdan el-obanın keşiyində mətin dayanan əsgər gözündə görürdü və bu istək Əli bəyi Rusiyaya gedib hərbi məktəb oxuyaraq baş leytenant rütbəsi ilə Zəngilana qaytaracaqdı. O, təkcə Zəngilanda deyil, Azərbaycanın digər cəbhə bölgələrində də ərazi bütövlüyü uğrunda mübarizədə zabit (mayor rütbəsinə qədər) kimi şərəfli xidmət göstərəcəkdi. Evlilik həyatı onu peyğəmbər nəslindən olan bir xanımla – bütün Zəngəzurda böyük kəramət sahibi kimi tanınan Seyid Həsən Ağanın nəvəsi Xuraman xatunla qovuşduracaqdı. Hərbi rütbə, irfani və mifik soyla birləşdikdən sonra, Əli bəy Azəri imzası ilə ədəbiyyat cameəsində boy göstərəcəkdi. Çox keçməyəcəkdi ki, bu imza ilə bir “Xəzan” jurnalı nəşrimizə yeni çalar qatacaqdı. Bu nəşrin 70 sayı xeyli yeni imzanı oxucu kütləsinə tanıdacaqdı...

***

Qarışıq rənglərin içərisində bir yaşıl ümid göyərir. Sonbaharın xəzan rəngi daha al-əlvan, daha rəngarəng çalarları özünə hopdurur. A4 formatda bir dərgi gözümüzün qarşısında “XƏZAN”a dönür. Müxtəlif dil və etniklərin şeir, nəsr və digər janrlarının dilimizdə ardıcıl çap edildiyi bir jurnal. Redaktoru Əli bəy Azəri. Beləcə, son illərin “Xəzan”ına göz atıram. 100 səhifədən artıq olan nüsxələr var. Nəsr, poeziya və publisistik yazılar da kifayət qədər yer alıb bu dərgilərdə. İmzaların çoxu, demək olar ki, mənə tanış deyil.

Jurnaldakı ciddi ədəbi araşdırmalar cəsarətli nümunələrdəndir. “Gecə döyülən qapılar” – Nəbi Xəzrinin 100 yaşına (Mahir Cavadlı); “Məhərrəm Qasımlıdan Orxan Paşaya” (Ramiz İsmayıl); Ayaz İmranoğlunun “Komutan” romanı haqqında (Xuraman Zakirqızı); Xurşud Dəvranın “Pədərküs” şeirindəki tarixi həqiqətlər (Nazliyəbanu Bəyməmmədova, Özbəkistan) yazıları “Xəzan”ın redaktorunun ədəbiyyata yüksək qiymət verməsinin göstəricisidir. Tanış imzalardan Səbuhi Rəhimlinin “Fevralın ilk günü”, Kərim Şükürlünün “İntihar” hekayəsini etinasız oxumaq olmur. Bu nümunələr “Xəzan” jurnalının 64-cü sayından götürülüb.

Cari ilin daha bir “Xəzan”ına rast gəlirəm – tam 100 səhifəlik bir dərgi, 68-ci say. Artıq hər kəsin ciddiyə aldığı bir jurnal. Yenə redaktor guşəsində ana dilimizi təhrif edənlərə qarşı baş redaktorun bir hərbçi qətiyyəti ilə amiranə qınağı və ciddi iradları ilk səhifədə yer alıb. Sonrakı səhifələrin birində millət vəkili Fazil Mustafanın Naxçıvan ədəbi-mədəni mühitinin şairi, pedaqoqu və jurnalisti Məmməd Tahirin 70 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubu və şairin “Məhbəsdə bitən çiçək” poeması verilmişdir. Jurnalın bu sayında şair Nazim Əhmədlinin “Sol ayağın yuxusu” və Zəhra Səfəralıqızının “Şöhrət” hekayələri təsirli nəsr nümunələrindəndir. Zeynəb Cəmaləddinin Şekspir, Puşkin, Lermontov, Həmzətov və Riçard Smitdən etdiyi şeir tərcümələri də maraqlıdır.

İndi 69-cu sayını vərəqləyirəm. Redaktor guşəsində “Xarı bülbül” bədii-publisistik jurnalına xoş gəldin deyilir və jurnalın yaradıcısı Ziyadxan Budağa uğurlar arzulanır. “Xəzan”ın bu sayında “Sarı Aşıq ədəbi məclisi”nin fəaliyyəti barədə bu məclisin təsisçisi – Adil Cəfakeşin maraqlı qeydləri vardır. Jurnalın bu sayında zəngilanlı mərhum şair Vaqif Qüdrətin “Zübeydə” romanının ədəbi məziyyətləri barədə, eyni zamanda şairin nəsr yaradıcılığı haqqında Əli bəy Azərinin özünün məlumatları da yer almışdır.

Dərgidə Vahid Məhərrəmlinin “Salam, tut ağacım, məni tanıdınmı?” – Zəngilan şəhər gününə aid olan yazı-nostalji diqqəti cəlb edir. “Dağlar dumana qalmadı” yazısında Arzu Kazımqızı Nehrəmlinin Xalq yazıçısı Elçinin “Poçt şöbəsində xəyal” əsərinin estetikası haqqında fikirləri jurnalın maraqlı yazılarındandır. Sonda onu da qeyd edim ki, “Xəzan” jurnalında kifayət qədər poeziya nümunələrinə də rast gəlmək olur. Belə sayların bir neçəsində mənim də xeyli sayda şeirlərim dərc olunub. Bu ürəkliliyə görə jurnalın yaradıcısı, baş redaktoru Əli bəy Azəriyə – indiki vaxtda davamlı olaraq dərginin uzunömürlü olması üçün böyük fədakarlıq göstərən nasirə – təşəkkür edir və yaradıcılığında uğurlar arzulayıram.

70-ci saya yetmək – çağımızın məhdud imkanlarını nəzərə alsaq, hər hansı dərgini sərbəst şəkildə, dövlət dəstəyi olmadan 10 il yaşatmaq böyük hünər sayılmalıdır. Beləcə, 100 səhifəlik “Xəzan” 70-ci sayı ilə öz rəngi, öz çəkisi ilə qarşımdadır...

“Ömür bir uzun şeirdir” adlı məqalə (müəllif ADPU-nun dosenti Məhrux Dövlətzadədir) şair, dilçi alim Firuzə Məmmədlinin 85 yaşına həsr edilmiş və müəllifin şeirlərindən nümunələr verilmişdir. Dərgidə eyni zamanda Xəzər Miraj Məsimovun, Asya Əhmədovanın, Vahid Çəmənlinin, Polad İbrahimoğlunun, Fərhad Səngərlinin, İradə Şəfanın, Elnarə Babayevanın, Ələsgər Talıboğlunun, Şahid Astaralının, Əbülfəz Əhmədin, Ramiz İsmayılın, Xəlil Tahirbəylinin poeziya yaradıcılığından nümunələr dərc edilmişdir. Bu sıralanmanı verməkdə məqsədimiz heç də hamının tanıya biləcəyi müəlliflər deyil; bəlkə də ilk dəfə “Xəzan”da çap olunan müəlliflərdir və onların ilk qələm nümunələrini diqqətə çatdırmaqdır. Elə bilirəm, nəsr nümunələri də qismən bu fikrimizin təsdiqi ola bilər.

Jurnalda Rəna Nəcəfqızının “Asan xidmət”, Ayaz İmranoğlunun “Kömürlə yazılan dua”, Xəlil Mirzənin “Sonuncu dayanacaq”, Aysel Nəsirzadənin “Əlli qəpiklik nəzir”, Zaur Ustacın “Beyin qurdu”, redaktorun özünün isə “Bir xurma halallığı” hekayələri yer almışdır. Dərgidə astroloq Səbuhi Rəhimlinin “Oxatan bürcünün xarakteri” adlı yazısı da maraqlı nümunələrdəndir. Özbəkistanlı şairə Zilolbanu Xalıqovadan edilmiş tərcümə şeirləri, Səadiyyə Xanlarovanın “Qərbi Azərbaycan günəşi yenidən doğacaqdır” xülasə-mətni, habelə elmi və tədqiqatlara aid digər yazılar jurnalın mövzu genişliyinin təsdiqidir.

***

“Xəzan” jurnalının 69-cu sayında “Ədəbi yekun, yoxsa dost-tanış xətrinə bəy tərifi” adlı cəsarətli yazısında müəllif AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin ədəbi yekunu” layihəsini ciddi tənqid etmişdir. Layihənin müəllifinin, ədəbiyyata o qədər də dəxli olmayan kəslərin özfəaliyyəti və rəhbərliyə etinasızlığı qınağa çəkilir. Hər il janrlar üzrə əməkdaşlar arasında düzgün bölgü aparılmadığı, habelə onların hazırladıqları “məqalə-hesabat”ların ədəbi proseslərə dəxli olmadığı qənaətinə gələn müəllif bu prosesə sərf olunan vəsait üçün heyfslənir. Prosesin texniki ardıcıllığına əhəmiyyət vermədən, heç kimə bəlli olmayan, heç yerdə bir hekayəsi dərc olunmayan kəslər haqqında uzun məqalələr dərc etdirilir.

Belə nümunələri konkret adı ilə göstərən Əli bəy, yerlərdə (bölgələrdə) ədəbi proseslərin heç də mərkəzdən geri qalmadığını diqqətə çəkərək bir zamanlar bölgələrdə mövcud olan məclis və dərnəkləri də xatırladır. Müəllif daha sonra yazır: “Təəssüflər olsun ki, ədəbi proses haqda məqalə-hesabat hazırlayan əksər əməkdaşlar bunu görmək istəmirlər. Görmək istədikləri hallar isə həqiqəti əks etdirmir.” AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının hazırladıqları hesabat-məqalələri müəllif “dost-tanış ədəbiyyatı üzrə bəy tərifi” adlandırır. Bəy tərifi ilə inkişaf olmaz.

Əli bəy Azəri belə bir dərgi ilə ədəbi proseslərdə iştirak etməyi qənaətbəxş hesab etmir; o, ədəbi proseslərə təkan verməyə çalışır. Əslində onun yaratdığı və on ildir ki, davamlı nəşr etdirdiyi “Xəzan” jurnalı ətrafında sağlam bir ədəbi mühit formalaşıb. Nəhayət, demək olar ki, belə cəsarətli yazılarla çıxış etmək bizim ədəbi mətbuatımızda az rast gəlinən hallardandır. Bəli, Əli bəy Azəri həm çap edir, həm də çap etdirir.

***

...Yeni, ilk qələm sahiblərinə səxavətlə qucaq açan “Xəzan” dərgisi, düşünürəm ki, ən azı 70 nəfər şair və yazıçının unutmayacağı bir dərgidir; 70 dəfə yeni nəfəsdə dərc olunub, o qədər yazara sevinc bəxş edib və ədəbi zövqünə yeni poetik ümid verib. Çox az heyətlə bu dərginin – “Xəzan”ın – 70-nə yetmək əsl fədakarlıq nümunəsidir. Bu münasibətlə “Xəzan” jurnalının baş redaktoru, yazıçı, hərbçi (mayor) Əli bəy Azərini təbrik edirəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri