Icma.az
close
up
RU
“İstanbul üçün vaxt daralır” Professor Naci Görürdən 7.5 lik dəhşətli zəlzələ xəbərdarlığı

“İstanbul üçün vaxt daralır” Professor Naci Görürdən 7.5 lik dəhşətli zəlzələ xəbərdarlığı

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin aparıcı yerbilimçisi professor Naci Görür bir daha həyəcan təbili çalıb: “İstanbulda ən az 7.2, ən çox 7.5 bal gücündə bir zəlzələ olacaq və bu artıq qaçılmazdır!”

Turkustan.az xəbər verir ki, 23 apreldə Silivri açığında baş verən 6.2 bal gücündəki zəlzələnin əslində gözlənilən “böyük İstanbul zəlzələsinin” bir siqnalı olduğunu vurğulayan Naci Görür, bu təkanın Kumburqaz fayının doğuya doğru qırılmasını sürətləndirdiyini və Adalar fayını da tətikləyəcəyini deyib. O, bu zəlzələnin sadəcə bir başlanğıc olduğuna, əsas faciənin hələ qarşıda olduğuna diqqət çəkir.

“İstanbul hazır deyil – 25 il boşa getdi”

Görür deyir ki, 1999-cu ildən bu yana 25 il keçməsinə baxmayaraq, İstanbul hələ də böyük zəlzələyə hazır deyil:

“Köçürmə adı altında sadəcə görüntü yaradıldı. Siyasi maraqlar, ranta dayalı planlar gerçək təhlükəni kölgədə qoydu. İstanbul zəlzələyə hazır deyil!”

Zəlzələyə müqavimətli şəhər necə olmalıdır?

Görürün fikrincə, bir şəhərin zəlzələyə müqavimətli olması üçün sadəcə binaların möhkəmləndirilməsi kifayət etmir.

“İdarəetmə, xalq, infrastruktur, tikili fondu, ekosistem və iqtisadiyyat – bu altı sahədə sistemli, koordinasiyalı və şəffaf fəaliyyət lazımdır. Təkcə köçürmə – bu işin ən asan və eyni zamanda ən gəlirli tərəfidir. Əsl iş isə hələ başlamayıb.”

“Rahat olun” deyə bildiyi tək yer: Elazığ

Elazığda baş verən 4.9 bal gücündəki zəlzələyə münasibət bildirən professor, bu bölgə üçün ciddi təhlükə görmür və “Rahat olun” deyə bilir. Ancaq İstanbul üçün bu cümləni işlətməkdən uzaqdır.

“Əgər bu sistemsizlik davam etsə, İstanbulda yaşanacaq faciənin məsuliyyəti kollektiv olacaq” – deyən Görür, həm xalqa, həm də siyasətçilərə çağırış edir: “Əgər bu ölkənin sahibiyiksə, seçici olaraq, yaşamaq hüququmuzu təmin etməyi tələb etməliyik.”

Bildirilir ki, Naci Görürün indiyə qədər əksər proqnozları özünü doğruldub. /musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri